AliMLƏRİn kəraməTLƏRİ haqqinda maraqli əhvalatlar müƏLLİF: ƏBDÜRRƏhman baqirzadə babuli



Yüklə 301,52 Kb.
səhifə97/134
tarix10.01.2022
ölçüsü301,52 Kb.
#107769
1   ...   93   94   95   96   97   98   99   100   ...   134

«Yağış namazı»


1362-ci (h.q.) ildə İran müttəfiqlərin işğalı altında olanda və İngiltərə, Amerika əsgərlərinin bir hissəsinin Qumun “Xakfərc” məhəlləsində yerləşdikləri vaxt İranda havaların yağmursuz keçməsi nəticəsində quraqlıq hökm sürürdü. Camaat susuzluqdan əziyyətə düçar olub gələcək günlərin çox çətin şəraitdə keçəcəyini deyirdi. Xalqın ağsaqqalları yığılıb həzrət Ayətullah Məhəmmədtəqi Xansarinin yanına gedir və ondan xahiş edir ki, islam qanunlarına əsasən onlarla birlikdə istisqa namazı qılsın ki, bəlkə Allah öz rəhmət yağışını onlardan əsirgəmədi.

Xansari onların xahişini qəbul edib, şəhərin müxtəlif təbəqələrindən olan 20 minə yaxın cəmiyyətlə birlikdə ramazan ayının günlərindən birində, orucağız Xakfərc məntəqəsində yerləşən böyük müsəllaya doğru hərəkət edir.

Bu vaxt İranın siyasi çöhrələrindən bir-neçə nəfər dövlət məmuru (bəhai) müttəfiq qoşunların içində olan nüfuzlarından istifadə edib zabitlər arasında şayiə yayırlar ki, şəhərin camaatı çölə tökülüb sizin üstünüzə hücuma hazırlaşırlar; Vaxtında tədbir töküb camaatın qarşısını alın.

Zabitlər qoşuna hazırlıq komandası verir; topların, pulemyotların lüləsini camaat gələn səmtə tuşlayıb sıraya düzlənirlər.

Amma gözlədiklərinin əksinə görürlər ki, camaat səssiz-səmirsiz hərəkət edib müsəllaya yığışdı.

Ayətullah Xansari iki gün dalbadal istisqa namazına gedir. İkinci gün namaza duranda müttəfiq cəbhənin əsgərləri bir-neçə nəfər bəhainin təhriki ilə camaatı ələ salıb gülməyə başlayırlar. Çünki havada buluddan əsər-əlamət yox idi.

Namaz qurtarar-qurtarmaz birdən göydə qara bulud topaları görsənməyə başlayır. Camaat müsəlladan çıxıb evlərinə çatmamış elə şiddətli yağış yağmağa başlayır ki, qurumuş çaylar daşıb, coşmuş selə dönür. Hadisə o qədər fövqəladə olur ki, xarici jurnalistlər və müttəfiq qoşunların nümayəndəsi bu xəbəri xaricdə də yayımlayırlar. Həmin günün səhərisi əksər radiolar bu hadisəni təfsilatı ilə şərh edib xəbər verirlər.

Maraqlı burasıdır ki, müttəfiq qoşunlar arasında təxribat yaratmaq istəyən bir-neçə bəhai həmin gecə aradan çıxırlar. Zabitlər onları cəzalandırmaq üçün nə qədər axtarsalar da tapa bilmirlər.1



Yüklə 301,52 Kb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin