«Misali surətin müşahidəsi»
Mirzə Cavadağa Ənsari Həmədani nəql edirdi:
Mən Həmədanın xiyabanlarından biri ilə gedirdim, gördüm bir dəstə camaat çiyinlərində dəfn etmək üçün cənazə aparırlar.
Amma mənəvi yöndən cənazəni qaranlıq və anlaşılmaz bir nöqtəyə doğru aparırdılar. Ölmüş adamın misali ruhu cənazənin üstündə var-gəl edir, qışqır-bağır salırdı; istəyirdi ki, desin ilahi məni bu bəladan qurtar, mən ora getmək istəmirəm, amma dili Allah kəlməsi ilə açılmırdı.
Bu zaman üzünü camaata tutub deyirdi: Ey camaat! Mənə kömək edin, qoymayın məni aparsınlar, amma səsini eşidən olmurdu.
Həmədani deyir: Mən cənazə sahibini tanıyırdım, həmədanlı idi və sağlığında hakim vəzifəsində işləmişdi. Çox zülümkar adam idi.
Dostları ilə paylaş: |