AliMLƏRİn kəraməTLƏRİ haqqinda maraqli əhvalatlar müƏLLİF: ƏBDÜRRƏhman baqirzadə babuli



Yüklə 301,52 Kb.
səhifə20/134
tarix10.01.2022
ölçüsü301,52 Kb.
#107769
1   ...   16   17   18   19   20   21   22   23   ...   134

«Övladımın ölümünü yetir»


Fəthəli şah Qacarın Mirzə Qumiyə böyük hörməti vardı. Hər dəfə Quma gələndə, Mirzəni də ziyarət edərdi. Mirzə də əlacsız qalıb onunla həmsöhbət olardı. Əlbəttə, həmişə ona nəsihət edərdi. Bir gün Mirzə, Fəthəli şahın uzun saqqalına əl çəkib dedi:

Ey padşah, elə iş görmə ki, qiyamət günü bu saqqalın cəhənnəm odunda yansın. Həmin görüşdə Fəthəli şah gördü ki, çox ədəbli bir cavan onlar üçün çay gətirdi. Mirzədən soruşdu:

Bu cavan oğlanın sizinlə nə nisbəti var. Mirzə dedi:

Oğlumdur. Fəthəli şah cavan oğlanın camal və kamalına heyran qalmışdı. Mirzəyə dedi:

Mənim də bir qızım var. İstəyirəm sənin oğluna verəm. Mirzə dedi:

Mənim sizinlə qohum olmağım düzgün deyil. Bu istəyindən vaz keç. Fəthəli şah israr edib dedi:

Gərək bu iş baş tuta. Mirzə çarəsiz qalıb dedi:

Elə isə bizə bir gecə möhlət ver ki, fikirləşək. Fəthəli şah onlara bir gecə möhlət verdi.

Həmin axşam gecəyarısı Mirzə gecə namazı qılmaq üçün yuxudan oyandı. Namazın əvvəlində belə ərz elədi:

İlahi! Mən çox yaxşı bilirəm ki, əgər bu əlaqə baş tutsa, elə bilirəm sənə olan məhəbbətim azalsın. Əgər bu işin vəslətin zərəri olacaqsa onda övladımı öldür.

Gecə namazının ikinci rəkətində ikən arvadı gəlib dedi:

Oğlun bərk sancılanıb. Namazın dördüncü rəkətində yenə arvadı gəlib dedi:

Oğlunun halı çox pisdir. Nəhayət namazın on birinci rəkətində oğlunun ölüm xəbərini verdilər. Mirzə Qumi namazdan sonra şükür səcdəsi etdi. Bu çıxılmaz vəziyyətdən nicat taparaq şahın onlarla heç bir rabitəsi baş tutmadı.

Maraqlısı bu idi ki, Mirzə Qumi şaha da belə bir məktub yazdı:

Sənə olan azacıq məhəbbət və rabitəmi də kəsdim və sənə nifrət edirəm. Özüm də çərşənbə bu dünyadan köçəcəyəm. Məktubu möhürləyib şaha göndərdi.

Təsadüfən məktub çərşənbədən əvvəl Fəthəli şaha çatdı. Əmr etdi ki, tez faytonu hazırlasınlar. Özünü Tehrandan tez Quma çatdırmaq istəyirdi ki, bəlkə Mirzə ilə görüşə bildi. Qumun Əliabad kəndinə çatanda Mirzə Quminin vəfat xəbərini eşitdi. Əmr etdi ki, Quma çatmamış cənazəni dəfn etməsinlər. Özünü Mirzə Quminin cənazəsinin başı üzərinə çatdırıb ağlamağa başladı. Şah dedi:

Ay Mirzə, sən məni rədd etdin, amma mən səni çox istəyirdim. 1


Yüklə 301,52 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin