AliMLƏRİn kəraməTLƏRİ haqqinda maraqli əhvalatlar müƏLLİF: ƏBDÜRRƏhman baqirzadə babuli



Yüklə 301,52 Kb.
səhifə45/134
tarix10.01.2022
ölçüsü301,52 Kb.
#107769
1   ...   41   42   43   44   45   46   47   48   ...   134

«Mirzəyə sifariş etmişik»


Fazil alim, hacı şeyx İbrahim Təcrişi Tehrani belə hekayət e dir:

Fəzilətli şəxslərdən biri ilə Əllamə hacı Molla Əli Kəninin hüzuruna getmişdik. Söhbət əsnasında hacı Molla Əli dedi:

İstəyirsinizmi sizə öz kitab xəzinəmdən bir şey göstərim?

Bu sözdən sonra onunla birlikdə kitabxanaya girdik. Məxsus bir yerdən çox böyük ehtiramla bir məktub çıxararaq onu öpüb, bizə göstərdi. Dedi:

Bu mərhum Mirzə Şirazinin öz xəttilə yazılmış və aşağısına da öz möhürünü vurmuşdur. Hacı Molla Əli sonra edib dedi:

Bu məktub mənim üçün çox dəyərli və qiymətlidir. Sanki, hiss edirəm bu, həzrət İmam Əsgəri (ə) tərəfindən göndərilmiş bir namədir. Oğluma vəsiyyət etmişəm ki, mən öləndən sonra onu kəfənimə qoysun. Namənin məzmunu Qəzvin əhalisindən olan bir seyyidlə bağlı yazılmış tövsiyədir.

Hal-qəziyyə buradan başlayır ki, çox varlı və dövlətin böyük xadimlərindən biri həmin bu seyyidin əmlakının böyük bir hissəsini qəsb edir. Seyyid də Tehrana gəlib bu haqda mənə şikayət edir. Sözün düzü, mənə pənah gətirir ki, onun müşkülünü həll edəm və ona zülm edən şəxsdən haqqını geri alam. Amma o adam dövlətin nüfuzlu şəxslərindən biri olduğundan, mən seyyid üçün heç bir iş görə bilmədim. Bir müddətdən sonra Seyyid də məndən artıq ümidini üzdü. Elə bu vaxtlar mənim yaxın dostlarımdan üçü İraqa ziyarətə getmək niyyətində idilər. Onlardan biri böyük alim Seyyid Məhəmməd Təqi Tonikaboni idi. Seyyid də onlarla birlikdə yola düşdü və yol boyunca hey deyirdi ki, bu səfərdə yalnız Samirraya gedib Mirzə Şiraziyə şikayət etmək qəsdindəyəm.

Seyyid Məhəmməd Tonikaboni deyir ki, Samirra şəhərinə çatdıqdan sonra Mirzə Şirazi ilə görüşə bilmədik. Nəhayət Samirrada olduğumuz sonuncu günün axşamı Mirzənin hüzuruna yetişə bildik və seyyid öz macərasını (əmlakının qəsb olunması və uzun müddət Tehranda qalmasını) ona danışdı. Həmçinin hacı molla Əli Kəniyə də müraciət etdiyini və heç bir nəticə hasil olmadığını da əlavə etdi. Mirzə bu məsələ haqda bizdən soruşanda dedik ki, bəli, həmin şəxsin dövlətdə böyük nüfuzu olduğundan Molla Əlinin bu məsələyə dəxalət edə bilmədiyini söylədik. Mirzə dedi:

Əgər hacı molla Əli qəsb olunmuş əmlakı geri almağa qadir deyilsə, bəs mən nə edə bilərəm? Əgər mən sənə kömək etmək istəsəm belə Molla Əliyə namə yazmaqdan başqa əlimdən bir iş gəlməz. Beləliklə Mirzə də ümidi olmadığını bildirdi. Sonra hamımız Mirzə Şirazilə sağollaşıb hərəmə getdik.

Seyyid olduqca qəmgin və narahatçılıq içində idi. O zərihə yaxınlaşıb iki imama (İmam Nəqi (ə) və Əsgəri (ə)) xüsusilə İmam Həsən Əsgəriyə (ə) təvəssül etdi. Seyyidin nalələri yavaş-yavaş yardım və kömək həddini aşıb, hörmətsizliyə gedib çıxdı ki, biz onu evə aparıb yatağına uzatdıq. Seyyid elə narahat halda da yuxuya getdi.

Sübh tezdən səfər hazırlığı görmək üçün yuxudan ayılanda seyyid şadlıq və sevincdən bilmirdi nə etsin. Dedi ki, İmam Həsən Əsgərini (ə) yuxuda gördüm və İmam fars dilində mənə dedi: “Narahat olma, (səni) Mirzəyə tapşırmışıq. Dan yeri təzəcə açılmağa başlayanda Mirzənin şeyx Əbdülkərim adlı xidmətçisi həmin bu naməni gətirib seyyidə verdi. Dərhal başa düşdüm ki, bu namə seyyidin gördüyü yuxuyla əlaqədardır.

Hacı Molla Əli Kəni əlavə edərək dedi:

Mirzənin dəstxətti (naməsi) mənə çatandan sonra, Nəsrəddin şaha bir məktub yazdım. Seyyidin macərasını əvvəldən axıracan orada şərh edib, bu naməni də arasına qoyub göndərdim.

Bu namədən sonra Nəsrəddin şah seyyidin qəsb olunmuş əmlakını geri alıb, özünə qaytardı və bu işin həlli həmin bu namənin bərəkətilə düzəldi.1



Yüklə 301,52 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin