«Çobanın məmuriyyəti»
Hacı Seyyid Ziyauddin (Seyyid Məhəmməd Myandehinin nəvəsi) nəql edir ki, bir dəfə babam ölümündən qabaq Curdiyədə bərk xəstələnir, qızdırması yuxarı qalxır. O, qızdırmasını salmaq üçün bir miqdar buz istəyir. Əyalı deyir:
İndi buzun vaxtı deyil. Babam deyir:
Çıxın gəzin, bəlkə tapıldı.
Yoldaşı məyus halda evdən eşiyə çıxır. Bir az ətrafı gəzəndən sonra, görür bir çoban uşağı qışqırır:
Buz, buz! Uşağı tez səsləyərək, ,bir-iki qəpik pul verib bir miqdar buz alır. Ondan soruşur ki, buzu hardan gətirmisən? Uşaq deyir:
Dərənin dibində qoyunların yanında durmuşdum (dərədən Seyyidin evinə qədər 3 km. fasilə olardı). Gördüm bir nəfər niqablı qadın mənə yaxınlaşaraq bu buzu verib dedi: Gedərsən Şeyxül-islamın evinin yanında (Şeyxül-islamın evi Seyyidin evinə yaxın idi) hər kəs səndən buz istəsə, buzu ona satarsan.1
Dostları ilə paylaş: |