«Axırıncı mənəm»
Tonikabon və Humədə öz əsrinin məşhur alimlərindən olan Ağa Nəcəfi ləqəbi ilə tanınan Seyyid Əbdüs-Səməd uzun illər Nəcəf-Əşrəfdə Mirzə Həbibullah Rəşti və Molla Hüseynqulu Həmədani kimi böyük alimlərdən dərs almışdır. İctihad dərəcəsinə çatdıqdan sonra Ramsərə qayıdıb tərdislə məşğul olmuş və dövrünün zahid və ariflərindən sayılmışdır. O, vaxtının çoxunu camaatın ehtiyacları və moizəsinə sərf edərdi.
1337-ci (h.q.) ilin yayında Ramsərin Curdiyə məntəqəsində vəba xəstəliyi yayılır və bu xəstəliyin nəticəsində gündə neçə nəfər canını tapşırırdı. O zaman Ağa Nəcəfi Curdiyə məscidində camaat namazına imamlıq edirdi. Bir gün axşam namazından sonra minbərə qalxıb camaata moizə edəndən, sonra vəba xəstəliyi və camaatın kütləvi tələfatına dair deyir:
Mənim ölümümlə vəba da qurtaracaq və artıq kimsə bu xəstəliyə mübtəla olmayacaq. Vəbadan ölənlərin axırıncısı isə mən olacağam.
Ertəsi gün o vəba xəstəliyə tutulur və üç gündən sonra vəfat edir. Ağa Nəcəfini “Adinə” məscidinin qəbiristanlığında dəfn edirlər və onun vəfatı ilə də vəba aradan gedir.1
Dostları ilə paylaş: |