AliMLƏRİn kəraməTLƏRİ haqqinda maraqli əhvalatlar müƏLLİF: ƏBDÜRRƏhman baqirzadə babuli



Yüklə 301,52 Kb.
səhifə86/134
tarix10.01.2022
ölçüsü301,52 Kb.
#107769
1   ...   82   83   84   85   86   87   88   89   ...   134

«Belə xəyallara uyma»


Etibarlı, doğru-dürüst olan bir seyyid şəxs dedi:

On beş il bundan qabaq Məhəmmədtəqi Bafqi Əbdül-Əzim ocağına təzə sürgün olunanda, mən cümə axşamı olduğu üçün məscidə yollandım. Məscidə daxil olub camaatın çoxluğundan arxa sıraya keçib oturdum və gözləməyə başladım ki, nə vaxt kumeyl duası oxunacaq. Gecənin üçdə biri ötmüşdü. Əhya və dua üçün Tehrandan, ətraf yerlərdən çoxlu adam gəlmişdi. Birdən camaat salavat çevirib ayağa qalxmağa başladı.

Gördüm bir nəfər nazik əba geymiş şəxs minbərə qalxdı. Yanımda oturanların birindən soruşdum:

Bu şəxs kimdir? Dedi:

Şahın sürgün etdirdiyi adamdır. Onu nə görmüşdüm, nə də tanıyırdım. Dedim yəqin bu da bəzi axundlar kimi özündən deyəndir.

Bir az mövizədən, söhbətdən edib kumeyl duasını oxumağa başladı.

Gördüm çox ürəkdən dua oxuyur-ağlayır, sızlayır, həyacana gəlirdi. Bundan qabaq heç bir axundda belə bir inqilabi hal görməmişdim. Şeytan məni vəsvəsə etdi, xəyalımda dedim:

Bu axund avam camaatı aldatmaq üçün yaxşıca bazar açıb. Bu fikirləri zehnimdən keçirdim və kimsəyə bir söz demədim.

Nəhayət məclis sona yetdi və Bafqi minbərdən aşağı endi. Camaat dəstə-dəstə axışıb çölə çıxırdı və bir dəstə adam da onu dövrəyə alıb, − kimisi hal-əhval tutur, kimisi sual soruşurdu.

Keçib kənarından ötmək istəyəndə, məni öz yanına çağırdı. Öz-özümə dedim, mənim bu adamla tanışlığım yoxdur, görən nə işi var?

Yaxınlaşıb salam verdim. Cavabımı verib astaca qulağıma dedi:

Mən səni halal etdim və bağışladım, amma bir də fikrinə belə şeylər gətirmə və hər kəs haqqında bu xəyallara uyma.

Bu sözləri eşidəndə özümü itirdim, utandığımdan bilmədim nə deyim. Ürəyimdə dedim mən ki, bu barədə kimsəyə söz deməmişəm. Camaat çox, məscidin işığı da zəif idi. Mən minbərdən çox uzaqda oturmuşdum, bəs necə oldu ki, mənim fikrimdən keçənləri oxudu?!

Anladım ki, ilahi gözlə, Allah nuru ilə görüb. O vaxtdan onun müridlərindən oldum. Əlini öpüb tövbə etdim. Hər dəfə Həzrət Əbdül-Əzimə gedəndə onun da ziyarətinə gedirəm.



Yüklə 301,52 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin