AliMLƏRİn kəraməTLƏRİ haqqinda maraqli əhvalatlar müƏLLİF: ƏBDÜRRƏhman baqirzadə babuli



Yüklə 301,52 Kb.
səhifə89/134
tarix10.01.2022
ölçüsü301,52 Kb.
#107769
1   ...   85   86   87   88   89   90   91   92   ...   134

«Allahın izni ilə öl!»


Nəcəfli dostlarımdan bir-neçə nəfəri Nəcəfin elmi hövzəsinin tanınmış ustadlarından birinin dilindən nəql edirlər ki, deyirdi:

Mən ariflər ustadı Mirzə Əli Qazi Təbatəbai və onun dilindən nəql edilən mətləblər və onun haqqında tez-tez qulağıma çatan qəribə əhvalatlar barəsində şəkdə idim. Öz-özümə həmişə deyirdim görən bütün bu danışılanlar doğrudur, yoxsa yalan?

Tərbiyə etdiyi bu şagirdlər ki, deyirlər belə hal sahibi olurlar, elə kamala çatırlar − düzdür, yoxsa təxəyyül?

Uzun müddət bu fikirlər zehnimdə dolaşırdı və tərədüddən qurtara bilmirdim. Kimsənin mənim bu fikrimdən xəbəri yox idi. Bir gün namaz, ibadət və Kufə məscidinin ziyarət buyuruqlarını yerinə yetirmək üçün həmin məscidə yollandım. (Rəhmətlik Qazi Kufə məscidində çox olurdu. İbadət üçün orada xüsusi hücrəsi də var idi. Kufə və səhlə məscidinə çox rəğbət göstərirdi və əksər gecələri sübhə qədər həmin yerlərdə ibadət edirdi.)

Məscidin həyətində dolaşarkən Qazi ilə rastlaşdım. Salamlaşıb edib bir-birimizlə hal-əhval tutduq və söhbət edə-edə gəlib məscidin arxa hissəsinə çatdıq.

Məscidin arxa hissəsi çöllü-biyabana baxırdı və get-gəl az olurdu. Məscidin hündür divarının dibində, qiblə tərəfdə hər ikimiz yerə oturduq ki, bir az dincəlib alıb yenidən məscidə gedək.

Aramızda söhbət qızışdı. Rəhmətlik Qazi ilahi ayələrin sirlərindən mənə əhvalatlar danışırdı. Tövhidin əzəmətli və cəlallı məqamından, bu yola qədəm qoymaqdan, bu yolun insan yaradılışının yeganə hədəfi olmasından maraqlı söhbətlər edir, dediklərinə tutarlı dəlillər gətirirdi.

Mən öz ürəyimdə yenə də tərəddüd edib dedim, mən nə bilim bu deyilənlər doğrudur, ya yox? Deyilənlərə şübhə edirəm. Ola bilsin doğru olsun, amma mənim xəbərim olmasın.

Əgər ömür bu minvalla keçsə vay mənim halıma; əgər deyilənlər doğru olsa və bizə bir şey çatmasa vay halıma.

Başqa bir tərəfdən, eşitdiklərimin nə dərəcədə doğru olduğunu bilmədiyim üçün şəkdə qalmışdım ki, dalınca gedim, yoxsa getməyim.

Bu fikirdə idim ki, qarşıdakı təpənin deşiyindən böyük bir ilan çıxıb divarın paralel istiqamətində bizə doğru sürünməyə başladı. (Bu yerlərdə çoxlu ilan olur və əksər hallarda camaat onları görür, amma indiyə qədər kimsəni çaldığını eşitməmişik.)

İlan bizim qarşımıza çatanda məni ixtiyarsız vahimə götürdü. Rəhmətlik Qazi ilana işarə edib dedi: “Mot biznillah!” (Allahın izni ilə öl!) Həmin dəqiqə ilan yerində quruyub qaldı.

Ağa Qazi heç nə olmayıbmış kimi söhbətini davam etdirdi. Bir az da söhbət edəndən sonra qalxıb məscidə getdik. Ağa Qazi məscidin ortasında iki rəkət namaz qılandan sonra öz hücrəsinə getdi və mən də məscidin bir-iki ziyarət əməllərini yerinə yetirəndən sonra Nəcəfə qayıtmaq qərarına gəldim.

Ziyarət etdiyim anda birdən yadıma düşdü ki, bayaq məscidin arxasında baş verən əhvalat, Qazinin gördüyü iş həqiqət idi, yoxsa gözbağlıca idi? Dedim bəlkə kişi məni sehrə salıb, mənə elə görsəndi? Bu fikirlər məni əldən saldı, daha necə ziyarət oxuduğumu bilmədim. Dedim yaxşısı budur gedim görüm ilan həqiqətən ölübdür, yoxsa dirilib qaçıbdır? Ziyarəti başa çatdırıb tələsik çölə çıxdım. Bayaqkı oturduğumuz yerə gedib gördüm ilan quru ağac kimi yerə sərilib. Ayağımla tərpətdim, gördüm hərəkətsizdir.

Ağlım başımdan çıxdı. Məscidə qayıtdım ki, bir-iki rəkət də namaz qılıb Nəcəfə dönüm, amma bacarmadım. Fikir-xəyal məni götürdü ki, əgər bu işlər haqdırsa, bəs bizim niyə xəbərimiz yoxdur? Rəhmətlik Qazi öz hücrəsində ibadətə məşğul idi. Öz hücrəsindən çıxanda, mən də məsciddən çölə çıxdım. Məscidin həyətində yenə də bir-birimizlə rastlaşdıq, məni görüb gülümsündü və dedi:

Ağa can! İmtahan da etdin, daha nə deyirsən?!1



Yüklə 301,52 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin