−Алимләрин кәрамәтләри−


«Xalis incilər silsiləsindən»



Yüklə 1,06 Mb.
səhifə110/134
tarix10.01.2022
ölçüsü1,06 Mb.
#108430
1   ...   106   107   108   109   110   111   112   113   ...   134

«Xalis incilər silsiləsindən»


İmam Sadiq (ə) ariflərin mənəvi məqamının şərhində buyurur: “...Elə ki, ilahi mərifətin nuru qəlbdə təcəlla etdi, eşq nəsimi əsər; elə ki, eşq və məhəbbət nəsimi əsdi, öz məhbub və məşuqu ilə munis olar və Onu, Ondan qeyri olan hər bir şeydən üstün tutar, və Allahın buyurduqlarına əməl edib, çəkindirdiklərindən çəkinər...

«Qumşeinin dərəcəsi»


Əllamə Həsənzadə Amuli rəbbani arif, Quran müfəssiri Ayətullah Mirzə Məhəmməd-Mehdi Mühyiddin İlahi Qumşei haqqında yazır:

Qəbul etməliyik ki, məhbubla həmavaz olmaq və səs-səsə verib nəğmə oxumaq ləyaqəti daşıyanlar Allah dərgahının müqərrəbləri və din övliyalarıdır. Ustad İlahi bu cür idi.

Onun haqqında nəql olunmuş kəramətlərdən biri də budur:

Bir gün Qumşei dedi, bir az nasazlığım var idi və özümü yaxşı hiss etmirdim. Dedim:

İlahi, Öz Cəbrayılın vasitəsilə mənə bir neçə dənə şirin limon yetir. Çox keçməmişdi ki, qapı tıqqıldadı. Açıb gördüm qoca bir kişi on dənə iri və ətirli limon gətirib. Dedi götürün, yeyin.

Bir gün də Məkkəyə getmişdi. Səhranın ortasında susuzluq onu əldən salır. Deyir: İlahi su yetir. Gözlənilmədən hardansa bir seyyid peyda olur və ona bir bardaq su verir. Deyir bu şirinlikdə, bu sərinlikdə su indiyə qədər içməmişdim. İçib doyandan sonra həmin seyyid suyun qalanı ilə üz-gözümü yudu, başımı qaldıranda gördüm yoxdur.

Məkkə yolunda namaz qılmaq üçün karvan bir yerdə dayanmalı olur. Qumşei bir kənara çəkilib xəlvət bir yerdə namaza durur. O namaz əsnasında ikən maşın hərəkət edib yola düşür və Qumşei karvandan ayrı düşür. Namazdan sonra üzünü Allaha tutub deyir:

Pərvərdigara, mən indi nə edim? Bu vaxt təzə bir maşın gəlib düz qarşısında dayanır və maşının sürücüsü deyir:

Ağaye Qumşei sizin maşın getdi? Cavab verir:

Bəli. Deyir:

Gəlin əyləşin. Maşına əyləşir və bir göz qırpımında öz karvanına çatır. Tez yerə düşüb öz maşınına minir. Arxaya dönüb baxanda görür onu gətirən maşın yoxdur. Yanındakı yoldaşlarından soruşur ki, məni gətirən maşın hara qeyb oldu? Yoldaşları deyir, cənab Qumşei hansı maşın, nə maşın? Səhranın ortasında balaca maşın nə gəzir?


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin