«İstisqa namazının bərəkəti»
Böyük mühəddis Ayətullah seyyid Nemətullah Cəzayirinin oğlu, Müfti Seyyid Məhəmməd Abbas Şuştəri Cəzayiri Hindistan sakini olmuşdur. 1224-cü hicri ilində anadan olmuş və 1306-cı hicri ilində vəfat etmişdir.
O, öz dövrünün çox istedadlı və həmin diyarın ən məşhur alimlərindən olmuşdur. Müxtəlif fənlər üzrə çoxlu əsərlər yazmışdır.
O, “Əl-bərahin əl-isna əşərə əla vucudil imam əs-sani əşər” kitabının müəllifi Ayətullah Seyyid Təyyib Cəzayirinin babası olmuşdur. Müfti Cəzayiri çox əcib kəramətlər sahibi olmuşdur ki, onlardan bir neçəsini bu kitabda dərc edirik.
Həkim Mirzə Kazim Hüseyni deyir ki, 1295-96-cı hicri ilində Hindistanın Ləkəhnu şəhərində hava çox isti keçirdi. Yağış yağmadığından qıtlıq da başlamışdı. Mən Həkim Şeyx Əli Məhəmmədin həkimxanasında hər gün xəstələri müayinə edirdim. İstidən camaatın canı boğazına yığılmışdı.
Sünnilər “Eyşe bağ” məhəlləsində istisqa (yağış) namazı qıldılar, amma faydası olmadı. Şəhərin ağsaqqal və böyükləri Müftinin hüzuruna gəlib, istisqa (yağış) namazı qılmasını xahiş etdilər. Müfti buyurdu ki, hamı oruc tutsun. Camaatın əksəriyyəti oruc tutdular və mən də oruc tutdum. Sübh saat 8-9 idi ki, Müfti Abbas əba altında geyilən köynək şalvarla, əmmaməsiz və əbasız, ayaqyalın, başı açıq evindən çölə çıxdı. Öz evlərinin qapısında dayanmış möminlərlə birlikdə çaya tərəf hərəkət etdilər. Rumi darvazasının qarşısında istisqa namazı qıldılar.
Namazdan sonra danışmaq üçün minbərə qalxdı. Minə yaxın adam orda toplaşmışdı. Söhbətə başlayan kimi, birdən buludlar göründü və yağış yağmağa başladı. Müftinin xübtəsindən sonra mərhum Mövləvi seyyid Əli minbərə qalxıb dedi:
Bu gün Həzrət Abbasın adaşı gəlib su istədi, yağış yağdı, göydən rəhmət suyu nazil oldu. Amma Kərbəla hadisəsində Bəni Haşimin Qəməri − Əbülfəzl Abbas da gəldi və su istədi, Fərat çayının kənarına gəldi, ancaq bu ümmət ona necə su verdi.
Elə bu vaxt məclis əhlindən elə hay-küy qalxdı ki, hamı huşdan getdi. Evə necə çatdığım yadıma gəlmir. Çünki hamıdan çox mənim halım pis idi. Ustadım mərhum Məneşi seyyid Ryaz Əl Həsən və mərhum Mövləvi Seyyid Əli Nəqi də o gün həmin məclisdə idilər.1
Dostları ilə paylaş: |