«Qəribə vəsiyyət»
Nəql olunur ki, Axund Molla Zeynəlabidin Nəvayi ölümündən qabaq camaata belə demişdi:
Elə ki, mən öldüm, evlərinizdən çölə çıxıb, şəhərin ətrafındakı səhralarda ağlamağa başlayın.
Mərhum Molla Zeynəlabidin vəfat etdiyi zaman camaat onun vəsiyyətinə əməl edərək, şəhər ətrafındakı səhralara gedib ağlamağa başladılar. Həmin axşam camaat səhrada olarkən, güclü zəlzələ Xoy şəhərini və onun ətrafını bərk silkələdi. Zəlzələ o məntəqəyə çoxlu ziyan vursa da, amma Xoy camaatının heç biri zədə almadı.1
«Rəhmət yağışı»
“Camiun-nureyn” kitabında belə yazılır ki, mərhum Hacı İbrahim Kəlbasinin zamanında (vəfatı 1261q.) bir il yağış yağmadı. Mənuçehrxan Motəmidud-dövlə Hacının xidmətinə gəlib dedi:
Camaat sizdən təmənna edir ki, yağış duasına çıxın. Hacı üzrxahlıq edib dedi:
Mən qoca adamam, yol getməyə halım yoxdur. Motəmidud-dövlə ərz etdi:
Sizin üçün rahat taxt göndərərəm, onda əyləşib gedərsiniz. Hacı dedi:
Axı qəsbi (haram) taxtla yağış duasına getməyə nə ad vermək olar? Səncə Allah o duanı qəbul edərmi? Hacının oğlu Ağa Məhəmməd Mehdi dedi:
Evdə taxta var. Biz özümüz sizin üçün taxt düzəldərik. Hacı dedi:
Eybi yoxdur.
Dülgər çağırıb taxtı hazırladılar. Sonra şəhərdə elan etdilər ki, camaat şənbədən otuc tutmağa başlasın və birinci gün oruc halında Hacıyla birlikdə yağış duasına hazır olsunlar.
Oruc tutmuş camaat təyin olunmuş gün bir yerə toplaşıb Hacını taxtın üzərində “Təxti-fulad” deyilən yerə gətirdilər. Bir tərəfdə İsfahan erməniləri əllərində İncili, digər tərəfdə İsfahan yəhudiləri Tövratlarıyla orada hazır oldular.
Mərhum Hacı bir tərəfdə ermənilər və digər tərəfdə yəhudilərin düzüldüyünü görəndə, çalmasını açaraq, əllərini səmaya tərəf qaldırıb dedi:
İlahi, bu İbrahim saqqalını islam yolunda ağartmışdır. Bu gün məni yəhudi və məsihilərin yanında xəcalətli etmə. Birdən göyün üzünü bulud aldı və elə həmin saat yağış yağmağa başladı.2
Dostları ilə paylaş: |