«Hatəmdən də kərimli»
Şeyx Məhəmməd Qumi böyük təqva sahibi alim və zahid Şeyx Ənsarinin müasiri olmuş Seyyid Əhməd Ərcəzinidən belə nəql edir:
Şeyx nə qədər ki, sağ idi, mənim xərcimi ödəməyi öz öhdəsinə götürmüşdü. Amma vəfat edəndən sonra mənim güzəranım pisləşdi və çox çətinlik çəkməyə başladım. Bir gün arvad-uşağa yeməyə bir şey tapmaq üçün evdən çölə çıxdım, amma heç bir şey hasil olmadı. Yavaş-yavaş günorta düşürdü.
Həmin gün yayın isti günlərindən biri idi və qayda üzrə hərəmin də qapıları bağlanırdı. Küçələrdə camaatın get-gəlişi də kəsildi. Hətta borc almağa bir tanış da tapa bilmədim. Çox narahat və qəmgin halda Şeyx Ənsarinin məqbərəsinə gedib dedim:
Ey Şeyx həzrətləri! Siz ki, Hatəmdən2 əskik deyilsiz. Bir iddə (qrup) adam Hatəmin məqbərəsinə daxil olub ondan ziyafət (qonaqlıq) istədilər. Üstündən bir az keçməmiş Hatəmin qohumlarından olan bir neçə nəfər tez gəlib dəvə kəsdilər və onlara yaxşı qonaqlıq verib dedilər: Yuxuda Hatəmi gördük ki, dedi: “Mənim qonaqlarıma qulluq edin.”
Mən də indi sizin qonağınızam − deyib, fatəhə oxumağa başladım. Bir az keçməmiş gördüm ki, Mirzə Şirazi Tənbakuyi sürətlə mənə tərəf gəlir. Havanın çox isti olduğundan qan-tər içində idi. Məqbərəyə yaxınlaşaraq pəncərədən əlini içəri uzadıb, tez pulu mənə verib geri qayıtdı. Hava çox isti olduğundan heç fatihə də oxumadı.
Mizrə Şirazi çox mülayim və lətif xasiyyətli olduğundan, heç vaxt kimsə təsəvvür etməzdi ki, günortanın o çağında evdən bayıra çıxsın.
Mən həmin pulla lazım olan şeyləri alıb evə apardım və Şeyx Ənsarinin bu qonaqlığından çox sevinib, ona təşəkkür etdim.1
Dostları ilə paylaş: |