«Məni sürgün edəcəklər»
Məşrutiyyətlə müxalif olan alimlərdən “Höccətül-islam” ləqəbi ilə tanınmış arif Molla Qurbanəli Zəncaninin aşkar kəramətlərindən biri də, onun məşrutiyyətdən sonra baş verəcək hadisələr və faciələr barəsində qabaqgörənliyidir. Yadellilərin doğma vətənə təcavüzü, qadınların yaşmaq və örtüklərinin götürülməsi, ruhani geyimlərinin qadağan edilməsi, cəmiyyətdə fəsadın çoxalması və bütün digər faciələr Höccətül-islamın məşrutiyyətin ilk illərində qabaqcadan xəbər verdiyi hadisələr idi. Onlardan bir neçəsini burada qeyd edirik:
Bir neçə nəfər elm əhli axundun yanına gəlib ərz etdilər:
Ağa məşrutiyyətə başqa alimlər imza çəkib, təsdiq eləmişlər. Bəs siz niyə imzalamırsınız? Yaxşı olardı ki, siz də imzalayasınız. Axund üzünü onlara tutub dedi:
Əgər imzalasam, onda əmmamələrinizi başınızdan götürəcəklər, ha! (Bunu söyləməklə Rzaxan Pəhləvinin müasirlik adı altında əmmamələri yığışdıracağını xəbər verirdi. Halbuki, bu hadisə axundun ölümündən 20 il sonra baş verdi.
Yenə bir neçə nəfər bazar əhli axundun yanına gedib deyirlər:
Axı, niyə siz məşrutiyyəti təsdiqləmirsiniz? Axund onlara xəbərdarlıq edərək bildirir:
Bax, qadınlarınızın örtüklərini zorla açacaqlar, ha! (Elə, belə də oldu.)
Həmçinin şəhid şeyx Fəzlullah Nurinin − Bizim işimizin axırı nə olacaq? (Yəni başımıza nə gələcək?) − məktubunun cavabında axund belə yazmışdı: Əziz qardaşım, səni asacaq və məni də sürgün edəcəklər. (Müasir tariximizdə bu iki hadisə, xüsusilə şeyx Fəzlullah Nurinin edamı təfsilatı ilə nəql olunmuşdur.)2
Dostları ilə paylaş: |