«Təntənani halvası»
Rəhmətlik Şeyx Ağabüzürg Tehrani yazır:
Seyyid (böyük arif Molla Hüseynqulu Həmədaninin şagirdi) Əhməd Kərbəlayi çox vaxt xəlvətə çəkilib namazını qılar və Camaatın ona iqtida etməsindən çəkinərdi. Allahın xofu və vüsalına rəğbətdən daim ağlar, belə ki, hətta namazda göz yaşlarını saxlaya bilməzdi. Xüsusilə də gecə nafilələrini qılanda ixtiyarsız ağlayırdı. Neçə il onunla qonşu olmaq mənə nəsib oldu. Evlərimiz yaxın idi. Bu müddətdə ondan qəribə hadisələr müşahidə etdim ki, hamısını qeyd etməli olsam söz uzun çəkər. Anasına çox kömək edərdi və anasından qabaq dünyasını dəyişdi.”2
Ölümündən sonra bir gecə onu yuxuda gördüm. Onun şəhadət barmağından möhkəm tutub dedim: Allahın sənə lütf etdiyi dərəcələrdən mənə də bir şey bəyan elə. Barmağını tez əlimdən çəkib, gülümsünərək dedi: “Təntənani halvası yeməsən bilməzsən!”3
Kinayə ilə demək istəyirdi ki, bərzəx aləminin dərəcə və ləzzətləri dadmalı və görməlidir, deməli yox.
Dostları ilə paylaş: |