«Zikrin tərənnümü»
Höccətül-islam Hüseyn Ənsariyan yazır:
Axund Kaşidən (Molla Məhəmməd) elmi-əməli tərbiyə almış şəxsiyyətlərdən biri də görkəmli filosof Həkim Rahim Ərbab olmuşdur. Bu böyük alim, Axund Kaşini ziyarət etmək üçün iki dəfə İsfahana getmiş və hər dəfə də Axundun feyz xırmanından bəhrələr götürmüşdür. Bu böyük şəxs, ustadı Axund Kaşinin mənəvi-ruhi halları ilə bağlı olduqca maraqlı əhvalatlar nəql etmişdir.
Axund Kaşinin qaldığı “Sədr” mədrəsəsinin tələbələrindən biri (bu tələbənin özü də mənəvi hala sahib imiş) deyir:
Gecələrin birində ibadət və münacat üçün yuxudan oyandım. Dəstəmaz alıb ibadətə hazırlaşırdım ki, birdən, mədrəsənin tamam qapı-pəncərələri, daş-divarı, yerdəki xırda daşlara qədər bütün mövcudat, qəlbi yanıqlı bir insanın naləsinə cavab olaraq “Subbuhun, Quddusun, Rəbbul-məlaikəti vər-Ruh” nəğməsini tərənnüm edirlər. dedim, Pərvərdigara! Bu nalənin, bu səsin əsil sahibi kimdir? Bu nə səsdir ki, mədrəsənin bütün mövcudatı onunla səs-səsə verib? Axtarmağa başladım. Axundun hücrəsinə çatanda gördüm nurani üzünü yerə qoyub, hönkürtü ilə ağlayaraq bu şərif zikri “Subbuhun, Quddusun, Rəbbul-məlaikəti vər-Ruh.” söylədikcə mədrəsinin daşı-divarı, ağaclar və otlar da ona qoşulub bu zikri söyləyirlər. Zikr deyənin, zikrin və zikr olunanın heybətindən fəryad çəkib qəşş elədim. Özümə gələndən sonra tez hücrəmə qayıtdım.
Günorta vaxtı ustadın yanına gedib heyrət içində ərz etdim:
Gecəki əhvalat nə idi k? Məni hədsiz dərəcədə vahiməyə saldı.
Axund Kaşi mülayimliklə dedi:
Heyrət doğuran budur ki, necə olub bərzəx göz-qulağın açılıb, belə bir hadisəni görmüsən! De görüm, nə etmişdin ki, belə bir hadisəni müşahidə etmək sənə nəsib olub?1
Dostları ilə paylaş: |