−Алимләрин кәрамәтләри−



Yüklə 1,06 Mb.
səhifə60/134
tarix10.01.2022
ölçüsü1,06 Mb.
#108430
1   ...   56   57   58   59   60   61   62   63   ...   134

«Fitnədən xəbər»


Ağa Rəzəvi buyurur:

Rəhmətlik Bidabadi Şirazda qaldığı vaxtlar “məşrutə”nin qızğın çağlarına təsadüf edirdi. O zaman camaat arasında ikitirəlik yaranmışdı; bəziləri məşrutəni dəstəkləyir, bəziləri də istibdadın qalmasını istəyirdi. Bidabadi münaqişəli tərəflər arasında sülh yaratmaq, təfriqə və fəsadın qarşısını almağa çox ciddi yanaşırdı. O, bu hadisələrdə də ixtilafı aradan qaldırmaq üçün çox çalışdı, hətta şəxsən məşrutə tərəfdarlarından olan əllamə Məhəmməd Baqir İstehbanatinin evinə gedib bu məsələni yoluna qoymaq üçün nə qədər səy etsə də faydası olmadı.

Bu hadisədən sonra gözlənilmədən Şirazı tərk etmək üçün səfərə hazırlaşdı. Biz nə qədər ondan qalmasını israr etsək də, razı olmayıb, dedi:

Tezliklə bu şəhərdə fitnə alovu baş qaldıracaq və bu fitnə atəşində çoxlu qanlar töküləcək, evlər yıxılacaqdır.

O, yola çıxarkən neçə nəfər yaxın adamlardan, o cümlədən Dəllal ləqəbi ilə məşhur olan Seyyid Abbas və Mirzə Məhəmməd Mehdi Həsənpur (hər ikisi “Came” məscidinə get-gəl edirdi) ona qoşulurlar. O iki nəfərin dediyinə görə “Ərjən” çölünə çatanda Bidabadi bizə dedi:

Artıq Şirazda fitnə atəşi şölələnmişdir. Şeyx Məhəmməd Baqir İstehbanati və bir çoxları öldürülmüşdür, evdə ailələriniz çox nigarandır, gərək qayıdasınız.

Bu xəbərdən sonra biz ikimiz və başqa neçə nəfər Şiraza qayıtdıq və o böyük şəxsin sözlərinin doğruluğunun şahidi olduq.1


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin