«Eşidən qulaqlar»
Elm əhli arasında təqvası, zahidliyi ilə tanınan, “Səfinətül-bihar” və digər məşhur kitabların müəllifi olan rəhmətlik Mühəddis Qumidən birbaşa nəql edərək deyirlər:
Bir gün Nəcəfin Vadiüs-Səlam qəbristanlığına möminlərin qəbirlərinin ziyarətinə getmişdim. Bu arada, mən olduğum yerdən bir az uzaqda qulağıma dəvə nəriltisi dəydi. Sanki dəvəni dağlayırmışlar, dəvədən elə nərilti, elə bağırtı qopurdu ki, bütün qəbristanlığı lərzəyə salmışdı.
Mən tez qalxıb dəvənin harayına yetişmək üçün o səmtə yollandım. Yaxınlaşanda gördüm dəvə yoxdur, nərilti, gurultu basdırılmaq üçün gətirilmiş bir cənazədən qopur. Cənazəni basdırmağa gəlmiş adamların bu qəziyyədən əsla xəbərləri yox idi. Sakitcə hərə öz işini görürdü.
Yəqin etdim ki, bu zalım bir adamın cənazəsidir ki, ölümünün ilk mərhələsində bu aqibətə düçar olmuşdur. Yəni dəfndən və qəbir əzabından qabaq öz bərzəxdəki surətini görüb qorxuya düşmüş, fəryad qopartmışdır.1
Dostları ilə paylaş: |