−Алимләрин кәрамәтләри−



Yüklə 1,06 Mb.
səhifə90/134
tarix10.01.2022
ölçüsü1,06 Mb.
#108430
1   ...   86   87   88   89   90   91   92   93   ...   134

«İmamın səfiri»


Böyük Quran müfəssiri Əllamə Təbatəbai deyir:

Təhsilimi davam etdirmək üçün Təbrizdən Nəcəf-Əşrəfə yola düşəndə Nəcəfin vəziyyətindən xəbərsiz idim; bilmirdim hara gedim, nə iş görüm. Yol boyu fikirləşirdim ki, hansı dərsi oxuyum, hansı ustadın yanına gedim, hansı yolu seçim ki, Allah bəyənən olsun.

Nəcəf-Əşrəfə çatanda ilk növbədə üz tutdum Əli (ə)-ın hərəminə və ərz etdim:

Ya Əli! Mən təhsilimi təkmilləşdirmək üçün sizin məhzərinizə gəlmişəm, amma dərsə haradan başlayacağımı, hansı proqramla işləyəcəyimi bilmirəm. Sizdən xahiş edirəm ki, mənə bu işdə yol göstərəsiniz.

Özümə bir mənzil kirayə edib orda yerləşdim. Nəcəfə gəldiyim ilk günlərdə hələlik dərsə getmir, evdə oturub nə edəcəyimi fikirləşirdim. Bir gün yenə evdə oturmuşdum, gördüm qapı döyüldü. Qapını açıb gördüm böyük alimlərdən biridir. Salam verib içəri keçdi, bir küncdə oturub hal-əhval tutdu. Olduqca cazibəli və nurlu üzü var idi. Məni çoxdan tanıyırmış kimi səmimi söhbətə başladı və tez bir zamanda onunla ünsiyyətə girdim. Söhbət edə-edə arada mənə şer də oxudu və sonra belə bir məzmunda söhbətə keçdi:

Təhsil məqsədi ilə Nəcəfə gəlmiş kəs yaxşı olardı ki, təhsildən əlavə öz nəfsinin saflaşdırılması və təkmili fikrində də olsun. İnsan gərək öz nəfsindən qafil olmasın.

Bunu deyib getmək üçün ayağa qalxdı. Mən bu söhbətdə onun islami əxlaqına heyran oldum. O ilahi alimin qısa və kəsərli sözləri mənə elə təsir etdi ki, artıq gələcək proqramımı müəyyənləşdirdim.

Nəcəfdə olduğum müddətdə o təqvalı alimdən bir an da olsa ayrılmadım. Onun əxlaq dərslərinə gedir, hüzurundan feyz alırdım. O böyük alim Mirzə Əli Qazi idi.1




Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin