−Алимләрин кәрамәтләри−


«Təxti-fuladda qorxulu mənzərə»



Yüklə 1,06 Mb.
səhifə98/134
tarix10.01.2022
ölçüsü1,06 Mb.
#108430
1   ...   94   95   96   97   98   99   100   101   ...   134

«Təxti-fuladda qorxulu mənzərə»


Seyyid Cəmaləddin Gülpayqani Nəcəf-Əşrəfin böyük mərcə-təqlid və alimlərindən olmuşdur. Gülpayqani, Ayətullah Naininin şagirdlərindən olub, elm və əməldə Nəcəfdə ad çıxarmışdır. Onun kəramət və məqam, pak nəfsə sahib olmasında kimsənin şübhəsi yox idi. Nəfsin həvavü-həvəsindən qorunmaqda ilk yerlərdən birini tuturdu.

Onun münacatının, ağlamağının səsindən qonşular qəribə əhvalatlar söyləyirdilər. Səhifeyi-Səccadiyyə həmişə onun xəlvət vaxtlarının müunisi idi, qarşısından əskik olmazdı; mütaliədən ayrılan kimi onu vərəqləməyə başlayırdı. Yanıqlı ahı, göz yaşı, təsirli sözü, maraqlı bəyanı və ilahi eşqdən közərmiş ürəyi vardı.

Doxsan ildən çox ömür yaşadı, neçə ildir ki, artıq aramızda yoxdur.

Cavanlığında İsfahanda dərs oxuyurdu və Hüseyn Bürucerdi ilə həm sinif yoldaşı, həm də yaxın dost idilər.

Ayətullah Bürucerdi sonralar da istər Bürucerddə olanda, isərsə də Quma köçüb orda yerləşəndən sonra həmişə onunla məktublaşar, bəzi çətin məsələlərin həllindən ondan kömək istəyərdi.

Gülpayqani deyirdi:

Cavanlıq illərində İsfahanda olanda, axund Kaşi və Cahangirxan Qaşqayi kimi böyük ustadlardan əxlaq və seyrü-süluk dərsi öyrənirdim. Onlar mənim mürəbbilərim idilər.

Mənə tapşırıq vermişdilər ki, cümə axşamı və cümə günləri gecələri İsfahandan qırağa çıxım və Təxt-fulad qəbristanlığına gedib bir az ölüm və ruhlar aləmi haqqında təfəkkürə dalım; bir az da ibadət edib səhər açılanda geri qayıdım.

Mən də bir qayda olaraq cümə axşamı və cümə gecələri Təxt-fulada gedər, qəbir və məqbərələrin arasında bir-iki saat gəzib təfəkkür edəndən sonra bir az dincimi alıb gecə namazına və münacata qalxardım. Sübh namazını qılandan sonra İsfahana qayıdardım.

Bir gün yenə də qışın soyuq gecələrindən birində, qarlı-soyuqlu havada ruhlar və o aləmin sakinləri haqqında təfəkkür üçün İsfahandan hərəkət edib Təxt-fulada gəldim. Oradakı hücrələrdən birinə daxil olub boxçanı açdım ki, bir-iki loğma çörək yeyib sonra da bir az yıxılıb yatım və gecə yarısı qalxıb öz işlərimlə məşğul olum.

Bu vaxt məqbərənin qapısı döyüldü. Gördüm bir neçə nəfər adam təzə cənazə gətiriblər ki, axşamı bura qoyub səhər gəlib dəfn etsinlər. Cənazə məqbərə sahibinin yaxın qohumlarından biri idi və İsfahandan gətirmişdilər. Cənazənin yanında qalmaq üçün də bir nəfər Quran oxuyan adam gətirmişdilər ki, səhərə qədər cənazənin başı üstündə Quran oxusun.

Mən gətirdiyim boxçanı açıb təzəcə çörəyə əl uzatmışdım ki, bir də gördüm əzab mələkləri gəlib cənazəyə divan tutmağa başladılar. Odlu gürzləri onun başına elə çırpırdılar ki, od-alovu asimana yüksəlirdi. Meyidin fəryadı, ah-naləsi bütün qəbiristanı lərzəyə salmışdı. Bilmirəm hansı günahın sahibi imişsə ona bu cür əzab verirdilər. Bütün bu hadisədən Quran oxuyanın əsla xəbəri yox idi; sakitcə cənazənin başı üstündə oturub öz işinə məşğul idi.

Bu mənzərəni görəndə bihuş oldum, bədənimə titrətmə düşüb rəngim qaçdı. Məqbərə sahibinə nə qədər işarə eləsəm də, qapını aç, mən getmək istəyirəm, bir şey başa sala bilmədim. Nə qədər danışmağa səy etsəm də alınmırdı, dilim kilidlənmişdi, hərəkət edə bilmirdim.

Axırı bir təhər onu başa saldım ki, qapını aç, mən çıxmaq istəyirəm.

Dedi:

Ağa, hava çox soyuqdur, yolu-izi büs-bütün qar örtüb, gecə vaxtı qurda-quşa rast gələrsən səni parçalayar.

Ona heç cür anlada bilmirdim ki, mənim bu mənzərəni görməyə taqətim yoxdur. Naçar qalıb özümü bir təhər qapının yanına sürüklədim, qapını açıb çölə çıxdım. Təxt-fuladdan İsfahana elə də çox məsafə olmasa da yolu çox çətinliklə gedir, tez-tez yerə dəyirdim. Çətin əzab-əziyyətdən sonra nəhayət özümü evə çatdırdım.

Bu hadisədən sonra düz bir həftə xəstə yatdım. Axund Kaşi və Cahangirxan tez-tez gəlib mənə baş çəkir, dərman verirdilər.1



Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin