«Xəbis ruhlarla söhbət»
Seyyid Cəmaləddin Gülpayqani deyirdi:
Nəcəf-Əşrəfdə olarkən bir gün qəbir əhlini ziyarət etmək üçün Vadiüs-səlama getdim. Hava olduqca isti idi. Zöhr namazını qılıb havanın istisindən özümü kölgəlik bir yerə verib əyləşdim ki, bir az yorğunluğum çıxsın. (Seyyid Cəmaləddin Vadiüs-səlama çox gedirdi. Qəbristanlıqda oturub saatlarla ləngiməsindən biz belə başa düşürdük onun pak ruhlarla nə isə bir işi var, elə-belə burada oturmur, öz aralarında söhbət edir, bir-birlərinə xəbər ötürür, xəbər gətirirlər.)
Gülpayqani deyir: Oturub çubuğu çıxardıb alışdırdım ki, bir az istirahət edim, elə bu dəmdə gördüm bir dəstə pis gündə ruh mənə tərəf gəlir. Üst-başları cır-cındır içində idi. Yalvarıb məndən xahiş edirdilər ki, ağa gəl bizim fəryadımıza yetiş və bizə şəfaətçi ol!
Bu ruhlar mən aralarında oturduğum qəbirlərin yiyələri idi və hamısı da ərəbin böyükləri və şeyxləri olub dünyada var-dövlətləri ilə ad çıxarmış, sağlıqlarında təkəbbür və vəzifə sahibləri olmuşdular. Öz xahişlərində israr edir, yaxamdan əl çəkmək istəmirdilər.
Mənim keyfim bərk pozuldu, hamısını qovub dedim: Ey insafsızlar! Siz vaxtilə dünyada yaşayırdınız, xalqın malını çalıb-çapırdınız, cinayət edirdiniz, yetimin-yesirin, zəifin haqqını əlindən alırdınız və biz nə qədər sizə desək də qulaq asmırdınız. İndi gəlmisiniz ki, bizə şəafət elə; itilin gözümdən, rədd olun gedin. Hamısını qovdum dağılışıb getdilər.2
Dostları ilə paylaş: |