−Алимләрин кәрамәтләри−



Yüklə 1,06 Mb.
səhifə16/134
tarix10.01.2022
ölçüsü1,06 Mb.
#108430
1   ...   12   13   14   15   16   17   18   19   ...   134

«Çox istərdim ... Amma»


Bir dəfə mərhum Seyyid Bəhrul-Ülum buyurdu:

Çox istərdim ki, öləndə mənə meyyit namazını Şeyx Hüseyn qılsın. Amma mənə meyyit namazını böyük alim Mirzə Mehdi Şəhristani qılacaq. Seyyidin hüzurunda olanlar onun bu sözündən çox təəccübləndilər. Çünki Mirzə Mehdi Şəhristani Kərbəlada və Seyyid özü isə Nəcəfdə qalırdı.

Qısa bir müddətdən sonra Seyyid fani dünyanı tərk etdi. Hələ o vaxta qədər Mirzə Mehdi Şəhristanidən bir xəbər yox idi. Seyyidə qüsul verib, kəfən etdikdən sonra, meyyit namazı qılmaq üçün cənazəni Həzrət Əlinin (ə) hərəminin həyətinə gətirdilər. Oraya toplaşan alim və fəqihlər namaza hazırlaşdıqları zaman Seyyid Şəhristani həyətin şərq qapısından daxil oldu. Cənazəyə yaxınlaşanda bütün alimlər ona iqtida etdilər və mərhum Bəhrul-Ülumun dediyi kimi Seyyid Şəhristani ona meyyit namazı qıldı.2


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin