«Batindən xəbər»
Seyyid Murtəza deyir:
Günlərin birində Seyyid Məhəmməd Baqir Qəzvini ilə birlikdə pak insanlardan birinin görüşünə getmişdik. Seyyid ayağa durmaq istəyəndə, ev sahibi dedi:
Bu gün təzə çörəyimiz var. İstərdim ki, bizimlə birlikdə meyl edəsiniz. Seyyid qəbul edəndən sonra süfrə salındı. O, çörəkdən bir tikə kəsdikdə, əl saxlayıb dedi:
Çörəyi heyzli qadın bişirib və mən yeməyəcəyəm. Ev sahibi təəccüblənib, çölə çıxdı. Seyyidin dediyi həqiqət ona da aydınlaşdıqda, başqa çörək hazırlatdı və Seyyid ondan yedi.2
«Qışda təzə üzüm»
Belə nəql edilir ki, qış günlərinin birində bir kişi Axund Molla Zeynəlabidinin (vəfatı 1259 q.) evinə gedib belə ərz elədi:
Arvadım ağır xəstədir və ürəyi təzə üzüm istəyir. Bilmirəm qışın bu vaxtı təzə üzüm hardan tapım. Xahiş edirəm kömək edəsiniz.
Elə bu zaman Molla Zeynəlabidin əlini uzadıb evin ortasındakı kürsünün altından yarpaqı bir təzə üzüm salxımı çıxarıb, həmin kişiyə verdi. Yanındakılar dedilər:
Əgər o üzümdən yenə varsa, bizə də ver. Axund dedi:
Elə bu qalmışdı və o da bu kişinin payı idi.3
Dostları ilə paylaş: |