«Kimyagərliyi2 tərk et»
Əllamə Həsənzadə Amuli yazır ki, ayətullah Şerani dərslərinin birində Hacı Şeyx Əbdunnəbi Nurinin öz dərslərinin birində bizim üçün nəql etdiyini belə söyləyir:
Mən tələbəlik dövrümdə təhsilimi davam etdirmək üçün Mazandarandan Tehrana gəldim. Qədim Sepəhsalar mədrəsəsində kiçik bir hücrə tutub, dərsə başladım. Təsadüfən kimyagərlik haqqında bir kitab rastıma çıxdı və axşamlar tələbələr yuxuya gedəndən sonra, onlardan xəbərsiz mədrəsənin damında kitabda yazılan tapşırıqlara əməl edirdim. Bu işdən heç kəsin xəbəri yox idi və elə bu minvalla hər axşam verilən göstərişlərlə məşğul olurdum.
Bahar fəsli idi. Bizim tanışlardan neçə nəfər Məşhədə ziyarətə getmək üçün Mazandarandan Tehrana gəlmişdilər. Qədim Sepəhsalar mədrəsəsində mənimlə görüşəndən sonra dedilər:
Şeyx Əbdunnəbi, biz “səkkizinci” imamı ziyarət etmək üçün Məşhədə getmək istəyirik. Əgər meylin varsa bizim qonağımız olun və sizinlə bu ziyarətdə həmsəfər olaq. Onlara minnətdarlıq edib dəvətlərini qəbul etdim.
O vaxtlar Səbzivar şəhərində Molla Hadi Səbzivarinin (vəfatı 1289 q.) şöhrəti dillərdə gəzirdi. O vaxtı Səbzivar şəhəri gecə-gündüz karvanların yükl boşaldıb − istirahət etdiyi yer idi. Bizim karvan orada yüklərini boşaldandan sonra yoldaşlarıma dedim:
Mən şəhərə gedirəm və bir neçə saatdan sonra qayıdacağam.
Şəhərdə nə işin var və hara gedirsən? − deyə məndən soruşduqları zaman dedim:
Bu şəhərdə böyük şəxsiyyət və böyük alim var və mən onun görüşünə (ziyarətinə) gedirəm. Dedilər:
Bizim səfərimiz də ziyarət səfəridir və çox yaxşı olar ki, biz də bu ruhani alimin ziyarətinə gedək.
Bir neçə nəfər mənimlə yola düşüb Hacı Səbzivarinin hüzuruna yolandıq. Bir az oturduqdan sonra Hacıdan icazə istəyib ayağa qalxdıq. Hacı mənə işarə edərək dedi:
Siz hələ qalın. Sizə bir-iki sözüm var. Sonra üzünü mənə tutub dedi:
Təhsilinizlə məşğul olun və gecələr gördüyün o işləri də tərk edin. O işlə bir yerə çıxmayacaq və vaxtınızı tələf etməkdən başqa sizə heç bir faydası olmayacaqdır.1
Dostları ilə paylaş: |