−Алимләрин кәрамәтләри−



Yüklə 1,06 Mb.
səhifə64/134
tarix10.01.2022
ölçüsü1,06 Mb.
#108430
1   ...   60   61   62   63   64   65   66   67   ...   134

«Tanınmaz bələdçi»


Əllamə Həsənzadə Amuli yazır: Tələbəlik dövrlərində bir zaman elə fikirləşirdim ki, Mirzə Cavadın qəbri Nəcəf-Əşrəfdədir. 1388-ci (h.q.) il rəcəb ayının ikinci yarısı olardı. Bir gün təxminən axşamdan üç saat keçmiş Seyyid Əli Qazinin qardaşı oğlu Ayətullah Hüseyn Qazi Təbatəbai ilə yolda təsadüfən rastlaşdıq. Birlikdə yolüstü söhbət əsnasında sözü Mirzə Cavaddan salıb qəbrinin harada olduğunu soruşdum. Dedi ki, onun qəbri Qumun həmin “Şeyxan” qəbiristanlığında Mirzə Quminin qəbrinin yanındadır. Qəbir daşının üzərində də lövhəsi var. Mən qəbirin lövhəsi olduğunu eşitdikdə, daha soruşmadım ki, Mirzə Quminin qəbrinin hansı səmtindədir.

Seyyid Hüseyn Qazi ilə xudahafizləşən kimi, tələsik “Şeyxan” qəbiristanlığına tərəf getdim ki, birdən qapıları bağlayarlar, ziyarət edə bilmərəm.

Orada əksər qəbir daşlarının lövhələrini gözdən keçirdim. Bəzisini oxuya bilsəm də, bəzisini qaranlıq və oranın işıqları zəif olduğu üçün oxuya bilmədim. Qəbirləri bir-birindən ayırmaq çox çətin idi. Öz-özümə dedim ki, indi gecə və qaranlıqdır, qalsın sabaha. Ümidsiz halda qəbiristanlığı tərk etsəm də, amma gedə-gedə gözaltı qəbirlərə nəzər salırdım. Birdən, tanımadığım bir nəfər qəbiristanlığın şərq qapısından içəri daxil olub birbaşa mənə tərəf gəlməyə başladı. Mənə çatar-çatmaz dedi: Siz Mirzə Cavadın qəbrini axtarırsınız? Mənə Mirzə Cavad Məlikinin qəbrini göstərib sürətlə qəbiristanlığın qərb qapısına tərəfə yollandı. Mən bir an istər-istəməz diksinərək vahimə keçirdim. Arxasınca onu səsləyib dedim:

Ay qardaş, bəli, mən onun qəbrini axtarırdım, amma siz hardan bildiniz?

Həmin şəxs getdiyi halda, üzünü yarı mənə tərəf çevirib dedi:

“Biz öz müştərilərimizi tanıyırıq.”2



Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin