«Bu eyvandakılardan bizdə çoxdur»
Qum şəhərində yerləşən Məhəmmədiyyə məscidinin axundu Şeyx Möhsün Hərəmpənahı rəhmətlik Məhəmmədəli Səfayidən nəql belə edir:
Samirra şəhərində dərs oxuduğum əyyamda bir müddət pulum olmadı. Çətinliklə yaşayırdım, hətta bir gün səhərdən axşama yeməyə bir şey tapa bilmədim və o gecəni ac yatdım.
Sübh tezdən acqarnına hücrədən çölə çıxdım. Ayətullah Naininin evinə yollanmaq istədim. Naini o zaman böyük mərcə idi. Amma yolda fikirləşdim ki, onların eyvanında ancaq bir stəkan çayla qonaqları yola salırlar, başqa bir şey verəcəkləri məlum deyil; yaxşısı budur ki, Əsgəreynin2 hüzuruna gedim, bəlkə daha yaxşı qonaqlıq oldu.
Qayıdıb mütəhhər hərəmə tərəf getməyə başladım... Ziyarət edib hacətimi söylədim. Bir az hərəmdə oturub gözlədim, xəbər çıxmadı. Eşiyə çıxıb hərəmin həyətində bir guşədə oturdum... Nə qədər gözlədim bir xəbər olmadı.
Günorta yaxınlaşırdı... Əlim hər yerdən üzüldü, ümidsizliklə istəyirdim qalxıb yola düzəlim, birdən gördüm Ayətullahül-üzma Naini hərəmdən çıxdı. Həyətə enəndə gördüm mənə tərəf gəlir. Mənə çatanda yaxınlaşıb iki ədəd əşrəfi3 verdi və dedi:
Götür; bu eyvandakılardan bizdə çoxdur!4
Dostları ilə paylaş: |