«Şəfaverici nəfəs»
Etibarlı dostlarımdan biri deyirdi:
Şeyx Həsənəli İsfəhani ölən günü, bir nəfər məsihi qadın cənazənin yolu üstündə başına-sinəsinə döyüb şivən qoparırdı.
Dedim:
Məgər sən məsihi deyilsən? Axı bu kişi müsəlman ruhanisidir. Dedi:
Mənim yanımda olan bu iki qızım bir-iki il bundan qabaq çarəsi tapılmayan xəstəliyə tutulmuşdular. Nə qədər dəva-dərman elədik, bir xeyri olmadı. Hətta amerikalı həkimlərə də göstərdik, bizi məyus etdilər. Get-gedə xəstəlikləri şiddətləndi və ölümcül vəziyyətə düşdülər.
Müsəlman qadın olan qonşumuz bizim bu halımızı görüb dedi:
Xəstənizin şəfası üçün Noxudəki kəndinə gedin və İsanəfəsli Həsənəli İsfəhanidən kömək diləyin. Dedi ki, mənim bu çadramı da sal başına get ora.
Əlacsızlıqdan onun çadrasını başıma salıb soruşa-soruşa gedib şeyx olan kəndə çıxdım. Gördüm şeyx qapının qarşısında oturub və bir dəstə hacəti olanlar da ətrafında əyləşiblər.
Mən də öz dinimi izhar etmədən dərdimi söylədim. Dedi:
Bu iki ənciri götür, həmin o qonşuluğundakı müsəlman qadına ver. De ki, dəstəmazlı halda bunları qızlara yedizdirsin. Dedim:
Yeməyə halları yoxdur. Dedi:
Suda qarışdırın həll olsun, qarışıq suyu içirin.
Şəhərə qayıtdım və əncirləri həmin müsəlman qadına verdim. Dəstəmaz alıb əncirləri suda həll etdi və mənim xəstə qızlarımın boğazına tökdü. Gözlənilmədən bir-neçə dəqiqədən sonra gözlərini açdılar və şəfa tapdılar. Bəli belə bir insan bizim aramızdan gedib.2
Ruhul-Qüdsün feyzi əgər mədəd buyursa
Məsiha edəni hər bir kəs edərdi.
Dostları ilə paylaş: |