«Vüsal şövqündən doğan gülüş»
...Rəhmətlik Mürtəza Taliqani mələkuti nəfs sahibi idi. Ömrünün son illərini Məhəmməd Kazim Yəzdinin mədrəsəsində yaşamışdı. Həkim Hiydəci kimi dərs deməklə məşğul olurdu və tələbə hansı dərsi istəsəydi onu da deyirdi. Seyyidin mədrəsəsinin tələbələri deyirdilər:
Şeyx Mürtəza öləcəyi günün axşamı bütün tələbələri öz hücrəsinə topladı və sübhə qədər onlarla deyib-güldü. O axşam hamı ilə zarafat edir, hamının könlünü oxşamağa çalışırdı. Mədrəsənin tələbələri öz hücrələrinə getmək istəyəndə deyirdi:
Bir gecədir, qənimətdir. Tələbələrin heç biri onun öləcəyini güman etmirdilər.
Azan vaxtı şeyx dama qalxıb azan dedi və aşağı enib öz hücrəsinə getdi.
Gün hələ çıxmamışdı ki, gördülər şeyx üzü qibləyə uzanıb üzünü bir parça ilə örtmüş və dünyadan köçmüşdür.
Mədrəsənin xadimi deyir:
Günortadan keçmiş (səhərisi gün şeyx vəfat edir.) Şeyx mədrəsənin həyətində dolaşarkən mənimlə rastlaşdı və dedi:
Bu gecə yatacaqsan, sübh yuxudan duranda, dəstəmaz almaq üçün hovuzun qırağına gələndə eşidəcəksən ki, deyirlər:
Şeyx Murtəza vəfat etdi.
Xadim deyir:
Mən onun nə demək istədiyini anlamadım, dedim yəqin zarafatyana nəsə demək istəyir. Sübh yuxudan durub hovuzun kənarına dəstəmaz almaq üçün gələndə gördüm mədrəsənin tələbələri deyirlər:
Şeyx Mürtəza vəfat edib.2
Dostları ilə paylaş: |