1
ALİMLƏRİN KƏRAMƏTLƏRİ
HAQQINDA MARAQLI ƏHVALATLAR
MÜƏLLİF:
ƏBDÜRRƏHMAN BAQİRZADƏ BABULİ
TƏRCÜMƏ EDƏN:
MƏLAHƏT ŞƏFİYEVA
2
Kitabın adı:.Alimlərin kəramətləri haqqında maraqlı
əhvalatlar
Müəllif:.............Əbdürrəhman Baqirzadə Babuli
Tərcümə edən:................................Məlahət Əsədova
3
«Namazı niyə tək qıldın?»
Günlərin bir günü Seyyid Rəzi namazda qardaşı Seyyid
Murtəzaya iqtida etdikdən sonra birdən, namaz əsnasında
fürada (tək) niyyəti ilə camaat namazından ayrılaraq namazını
tək qıldı. Onlar evə qayıtdıqdan sonra Seyyid Murtəza
qardaşından anasına gileyləndi. Anası Seyyid Rəzini
məzəmmət edib danladıqda Seyyid Rəzi belə dedi:
Namazı ayrılıb tək qılmağımın səbəbi var idi. Namaz
əsnasında birdən gördüm ki, qardaşım bütünlüklə qadın
qanına qərq olub. Mən bu halı görəndə bərk heyrətləndim və
çarəsiz qalıb namazımı ayrı qıldım.
Seyyid Murtəza qardaşının dediklərini təsdiqləyib dedi:
Məscidə gedərkən yolda bir qadın heyz məsələsi ilə bağlı
məndən bir sual soruşdu və o səbəb oldu ki, namaz əsnasında
yadıma düşməklə fikrimi məşğul etsin.
1
«Zamanda seyr»
Mərhum Mühəddis Nuri “Mustədrəkül-vəsail” kitabında
tanınmış alim Seyyid Hüseyn Qəzvinidən belə nəql edir:
955-ci hicri ili (Birinci Şəhidin şəhadətindən 179 il sonra)
yuxuda gördüm ki, Cəzzin qəryəsində, yəni “Birinci Şəhid”
ləqəbiylə məşhur olan Şeyx Şəmsəddin Məhəmməd ibn
Məkkinin (vəfatı 786 q.) kəndindəyəm. Şeyxin evinə gedib
qapını döydüm. Şeyx özü qapını açdı. Mən ondan xahiş etdim
ki, Şeyx Cəmaləddin ibn Mütəhhər Əllamə Hillinin ictihad
haqqında yazdığı kitabı mənim üçün gətirsin. Evə daxil olub
1
Seyyid Nemətullah Hüseyni, “Mərdane elm dər meydane əməl”, c.
3, səh. 383
4
həmin kitabla birgə zənnimcə, hədislərə aid başqa bir kitabı da
gətirib mənə verdi.
Yuxudan oyandığım zaman gödüm ki, o iki kitabın ikisi də
yanımdadır.
1
Dostları ilə paylaş: |