«Mənim sizə hörmətim var» Seyyid Əbdülkərim Kəşmiri nəql edirdi ki, bir-neçə nəfər
dost-tanışla Məşhəddən Tehrana gedirdik. Dostlarım yolüstü
Şeyx Məhəmməd Kuhestaniyə də baş çəkmək qərarına
gəldilər. Mən razılaşmayıb onlara dedim:
Mən gəlmirəm, maşında oturub sizi gözləyəcəm, siz gedin
ziyarət edin qayıdın. Evlərinin yanına çatanda dostlarımdan
biri əl çəkmədi, israrla mənim də gəlməyimi xahiş etdi. Bir söz
deməyib mən də maşından düşdüm, birlikdə Məhəmməd
Kuhestaninin görüşünə getdik.
İçəri keçib görüşəndə, hələ heç kim ağzını açıb bir söz
deməmiş, birbaşa üzünü mənə tutub dedi:
Niyə gəlmək istəmirdin, mənim sənə və sənin babana böyük
hörmətim var!!
1
Seyyid Nemətullah Hüseyni, “Mərdane elm dər meydane əməl”, c.
5, səh. 400