−Алимләрин кәрамәтләри−



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə108/131
tarix21.01.2022
ölçüsü1,55 Mb.
#113852
1   ...   104   105   106   107   108   109   110   111   ...   131
alim-keramet

«Saat səkkizdə» 
Rəhmətlik Şeyx Əsədullah İsmaili nəql edirdi: 
İmam Xomeyninin “Təhrirül-vəsilə” kitabının bir-neçə cildini 
Nəcəfdən  poçtla  mənim  adıma  göndərmişdilər.  Qumun  poçt 
idarəsi  kitabları  saxlatdırır  və  mənim  özümü  də  təhlükəsizlik 
idarəsinə çağırırlar. Orada məni bir neçə saat sorğu-suala çəkib 
işkəncə  verirlər.  Məğrib  namazının  vaxtı  çatanda  sorğu-


 
130 
sualdan  əl  çəkib  məni  boşlayırlar.  Fürsətdən  istifadə  edib 
dəstamaz  aldım  ki,  namaza  başlayım,  gözlənilmədən 
təhlükəsizlik  idarəsinin  müavini  tərəfindən  məni  çağırıb,  bir 
daha  İmam  Xomeyninin  kitablarının  mənim  adıma  poçt 
edilməyəcəyi haqda dilimdən izahat alıb azad etdilər. 
Kitab  dükanına  çatanda  gördüm  cənab  Qazi  Təbatəbai 
(Ayətullah  seyyid  Hüseyn)  qardaşım  Cəmşidlə  bir  yerdə 
dükanda  əyləşiblər.  Gözləri  mənə  sataşar-sataşmaz  hər  ikisi 
gülməyə başladı. Qardaşım saatına baxıb dedi: 
Saat səkkizdir. Mən məsələnin nə yerdə olduğunu soruşdum. 
Qardaşım dedi: 
 Cənab  Qazi  məni  qəm  dəryasına  batan  halda  görüb  fikrə 
dalmağımın səbəbini soruşdu. Dedim, qardaşımı təhlükəsizlik 
orqanının  məmurları  apardı,  nə  olacağını  bilmirəm.  Cənab 
Qazi bir müddət fikrə gedib, sonra başını qaldırıb dedi: 
Qardaşını  hansı  saatda  yanında  görmək  istəyirsən?  Ərz 
etdim,  səkkizdən  o  tərəfə  olmasın.  Sən  gələndə  saata  baxdım, 
gördüm  düz  səkkizdir.  Ona  görə  də  hər  ikimiz  sevincdən 
güldük. 
1
 

Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin