−Алимләрин кәрамәтләри−



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə111/131
tarix21.01.2022
ölçüsü1,55 Mb.
#113852
1   ...   107   108   109   110   111   112   113   114   ...   131
alim-keramet

«Gözəgörünməz pullar» 
Höccətül-islam 
vəl-müslimin 
cənab 
Qiraəti 
radio 
proqramlarından birində söhbət zamanı dedi:  
Həmədanda  olanda  üç  şəhid  atası  olan  hörmətli  bir  şəxsi 
görməyə  getdim.  Oradan  da  həmin  şəhid  atası  və  bir-neçə 
nəfər  başqa  şəxslə  birlikdə  həzrət  Ayətullah  Molla  Əli 
(Məsumi) Həmədaninin görüşünə yollandıq. 
Ağanın ziyarətində olduğumuz bir saat ərzində görürdük ki, 
ara-sıra  ağanın  xidmətçisi  gəlib  ağaya  yavaşca  bildirir  ki, 
qapıya  fəqir  gəlib,  pul  istəyir.  Molla  Əli  də  hər  dəfə  əlini 
oturduğu  döşəyin  altına  uzadıb  bir  beş  tümənlik  əskinas  pul 
çıxardıb  xidmətçiyə  verirdi  ki,  qapıya  gələn  yolçuya  versin. 
Nəhayət Molla Əli yerindən qalxıb çölə çıxdı. 
Bizimlə  gələn  yoldaşlardan  biri  Molla  Əli  gedəndən  sonra, 
maraqlandı  görsün  döşəyin  altında  nə  qədər  pul  var.  Döşəyi 
qaldırdı gördü heç nə yoxdur. Fikirləşdi yəqin pul qurtarıb. Bir 
az  keçmişdi  Molla  Əli  içəri  girdi  və  keçib  yerində  əyləşdi. 
Yenidən  xidmətçi  gəlib  dedi  ki,  qapıya  pul  üçün  gələn  var. 
Molla Əli əlini döşəyin altına aparıb bir beş tümənlik çıxardıb 
xidmətçiyə uzatdı. Bu iş bir-neçə dəfə təkrar olundu. 
Bunu  görən  həmin  yoldaşın  səbri  tükəndi,  üzünü  Molla 
Əliyə tutub dedi: 
Siz  Allah  bu  nə  olan  işdir,  bu  nə  sirdir?  Siz  gedəndə  mən 
döşəyi  qaldırıb  baxdım,  döşəyin  altında  pul  yox  idi.  İndi 
çaşbaş qalmışıq ki, bu qədər  pulu haradan çıxardırsınız ki, biz 
görmürük. 
Molla Əli bir az fikirə dalıb, sonra dilləndi: 
Mən bir əməli tapşırığı yerinə yetirmişəm ki, hər kəs onu qırx 
gün  əncam  versə,  qırxıncı  gün  İmam  Zamanın  xidmətinə 
şərəfyab  olar.  Mən  həmin  əməli  yerinə  yetirməyə  məşğul 
oldum, amma kamil surətdə o tapşırığa əməl edə bilmədim. 


 
133 
Qırxıncı gün gecə yuxuda gördüm ki, Şeyx Əbdülkərim Hairi 
şəhərin  xiyabanlarından  biri  ilə  yol  gedir,  arxasınca  da  çoxlu 
fəqir  adam  gəlir  və  ondan  pul  alırlar.  Bu  arada  şeyxin  gözü 
mənə sataşdı, dedi:  
Mən  İmam  Zamanın  tərəfindən  sənə  göstəriş  verirəm  ki, 
kasıblara əl tutasan və onları əliboş geri qaytarmayasan. 
O  vaxtdan  mən  yəqin  bilirəm  ki,  İmam  Zamanın  özü  bu 
büdcəyə  baxır.  Gördüyünüz  bu  pullar  o  Həzrətin vücudunun 
bərəkətidir. 
1
 

Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin