−Алимләрин кәрамәтләри−



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə112/131
tarix21.01.2022
ölçüsü1,55 Mb.
#113852
1   ...   108   109   110   111   112   113   114   115   ...   131
alim-keramet

«İki minlik qəbz» 
Şəban  ayının  ortalarına  yaxın,  Həmədanın  qarlı-boranlı  qış 
günlərindən  birində  şəhərin  kasıb  camaatı  Molla  Əli 
Həmədaninin  evinin  qarşısına  toplaşıb  ondan  kömək 
istəyirdilər. Soyuq məntəqələrdən sayılan Həmədanın həmin il 
qışı keçən illərə nisbətdə olduqca sərt başlamışdı.  
Molla  Əli  imam  payından  xərclikdə  olduqca  ehtiyat  edirdi. 
Bu  dəfə  də  tərəddüd  keçirirdi  ki,  həmin  paydan  qapıya 
toplaşmış kasıb camaata versin ya yox? 
Qəti  qərara  gələ  bilmədikdə  yad edilən  tövsiyəyə  əməl  edir. 
(Həmin tövsiyə “Feyzin kitabı daha yaxşıdır” hekayəsində yad 
edilir.) Amma dişini çəkdirdiyi üçün oruc tuta bilmir. Yuxuda 
görür  ehtiyacı  olan  camaat  küçənin  qırağında  toplaşıb  kömək 
gözləyirlər. Birdən hər yerdən “Ya Kərim” sədası göyə ucalır. 
Molla Əli deyir:  
Gördüm  şeyx  Əbdülkərim  Hairidir,  deyir:  Haqqını 
qaytaracağım adam çoxdur. Hələlik iki min tümən qəbzim var. 
Kasıb camaat acından öləsi deyil ki? 
Yuxudan  ayıldım,  gözlədim  qəbz  gəlsin.  Gün  batana  qədər 
gözlədim,  bir  xəbər  çıxmadı.  Əlacsız  qalıb  gedib  qayınatam 
doktor Cavad Maqsuddan iki min tümən alıb fəqirlərə verdim. 
 
1
 Həmin mənbə, səh. 400 


 
134 
Bu  hadisədən  iyirmi  gün  keçmiş,  təqribən  ramazan  ayının 
beşi  Bavə-Əli  adlı  məntəqədən  bir  nəfər  kürd  qapıya gəldi  və 
uca səslə hay salıb dedi: 
Axund Molla Əlinin evi budur? Dedim:  
Buyurun içəri. 
Nökəri də yanında, birlikdə içəri keçdilər. Yanında gətirdiyi 
çantanı 
açıb 
ordan 
bir 
kağız 
çıxartdı. 
Gördüm 
vəsiyyətnamədir.  Vəsiyyətnaməni  mənə  uzatdı  ki,  oxuyum. 
Gördüm  vəsiyyətnamədə  qeyd  edilən  məsələlərdən  biri  də 
budur  ki,  iki  min  tümən  axund  Molla  Əliyə  verərsiniz. 
Vəsiyyətnamənin  tarixinə  nəzər  saldım,  gördüm  mənim  zikrə 
başladığım həmin günün tarixidir. 
Molla Əli əlavə edib deyir:  
Göstərilən  əməli tapşırığa  kamil əməl  edə  bilmədiyim  üçün, 
yəni  şərt  olunan  orucu  tuta  bilmədiyimə  görə,  şeyx 
Əbdülkərim 
Hairinin 
vasitəçiliyi 
ilə, 
qeyri-müstəqim 
tərəddüdüm yəqinə çevrildi. 
1
 

Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin