18
Qısa bir müddətdən sonra Seyyid fani dünyanı tərk etdi.
Hələ o vaxta qədər Mirzə Mehdi Şəhristanidən bir xəbər yox
idi. Seyyidə qüsul verib, kəfən etdikdən sonra, meyyit namazı
qılmaq üçün cənazəni Həzrət Əlinin (ə) hərəminin həyətinə
gətirdilər. Oraya toplaşan alim və fəqihlər namaza
hazırlaşdıqları zaman Seyyid Şəhristani həyətin şərq
qapısından daxil oldu. Cənazəyə yaxınlaşanda bütün alimlər
ona iqtida etdilər və mərhum Bəhrul-Ülumun dediyi kimi
Seyyid Şəhristani ona meyyit namazı qıldı.
1
Dostları ilə paylaş: