«Dostun diyarına gedən yol»
Şeyx Mehdi Mollakitab ömrünün sonuncu ilində Həccə
getmək arzusuna düşdü. Ona dedilər ki, yaxşısı budur
Kərbəlaya gedin. Ərəfə günü İmam Hüseynin (ə) hərəmində
olmaq həccin savabından yüksəkdir. O dedi:
İki şeyə görə həccə getmək istəyirəm. Birincisi, əgər birdən
həccə gedəndə ya qayıdanda vəfat etsəm Allah-taala məni
behişt bağına daxil edər. Həmin bağ Məkkə yolunda vəfat
edənlərə məxsusdur. İkincisi, bəlkə Həzrət Sahibəzzəmanla (ə)
birlikdə olmaq iftixarı mənə nəsib oldu.
Məlum olduğu kimi İmam Zaman (ə) hər il həcc
mərasimində iştirak edir. Şeyx bir qrup xas adamlarla, o
cümlədən Seyyid Hüseyn Nəhavəndi, şeyx Məhəmməd Ubudi
və digər fazil alimlərlə Məkkəyə yola düşdü. Məkkədən
qayıdanda Şeyx Mehdi Mollakitab Nəcd ərazisində vəfat etdi
və az bir fasilə ilə Seyyid Hüseyn də dünyasını dəyişdi.
Karvandakılar cənazələri Nəcəf-Əşrəfə aparmaq istədikdə
xəbis karvanbaşı bu işdən xəbərdar olub bunu Nəcdin şeyxi və
1
Şeyx Abbas Qumi, “Fəvaidur-rəzəviyyə”, səh. 685
27
Vəhhabilərin böyüyü İbn Səuda xəbər verdi. Vəhhabilər
cənazəni bir yerdən başqa yerə aparmağı bidət saydıqları
üçün, cənazəni Nəcəfə aparmaq istəyənlər, məmurlar gəlib
çıxmamış, şeyx Mollakitabın və Seyyid Hüseyn Nəhavəndinin
cənazələrini elə Nəcd ərazisində dəfn etdilər. Qəbirlərin
üstünü hamarlayıb, izi itirsələr də, buna görə çox narahat
oldular.
Səhəri gün şeyx Məhəmməd onlara dedi:
Narahat olmayın, mən öz gözümlə gördüm ki, dünən axşam
cənazələr Nəcəf-Əşrəfə aparıldı. Dedilər:
Nə gördün? Şeyx Məhəmməd dedi:
Dünən gecədən bir az keçmiş olardı ki, siz yatmışdınız.
Amma mən oyaq idim və ocağın yanında oturub qızınırdım.
Birdən, Şeyxin qəbrinin yanında bir dəstə atlı gördüm.
Soruşdum:
Nə iş üçün gəlmisiniz? Dedilər:
Gəlmişik Şeyxi Əmirəlmömininin (ə) qonşuluğuna aparaq.
Sonra gördüm ki, Şeyx də atlıdır və onlarla gedir. Mən onların
ardınca düşüb dedim:
Mən də sizinlə gəlim. Dedilər:
Qayıt, olmaz. Onlar Nəcəf-Əşrəfə yollandılar. Mən bir neçə
addım atandan sonra, Şeyx mənə üz tutub dedi:
Geri qayıt, hələ sənin bizimlə gəlmək vaxtın çatmayıb.
Amma narahat olma, sevin ki, səni də ayın 3-də cümə günü
Əmirəlmömininin (ə) hərəminə gətirəcəklər.
Qayıtdım və atlıların arasında dünyadan köçmüş alimlərdən
Seyyid Sadiq Fixam və başqalarını da gördüm ki, mən onları
tanıyırdım. Sözümün doğruluğunun əlaməti də budur ki,
mənə xəbər verdikləri kimi, ayın 3-də cümə günü vəfat
edəcəyəm. Onun dediyi kimi də oldu. Həmin təyin olunmuş
gün çatanda Şeyx Məhəmməd Ubudi vəfat etdi.
1
1
Həmin mənbə, səh. 684
|