29
hərəminə tərəf tutub əvvəlki sözünü təkrar etdi. Sözünü deyib
qurtarmamış bir kişi içəri daxil oldu. Seyyidi görüb dedi:
Çox qəribə bir əhvalatım var. Seyyid dedi:
Qəhvən necə? Dedi:
O da var. Seyyid ona dedi:
Əvvəl get, qəhvəni gətir, sonra əhvalatını danışarsan. Həmin
şəxs gedib bir xeyli qəhvə, onu hazırlamaq üçün lazım olan
şeylər və bir miqdar da şirin çörək gətirdi. Seyyid dedi:
Salman istədiyimdən artıq lütf etdi. Həmin ərəb sözə başladı:
Mənim bir gəmim var. İşim tacirlərin yükünü Bəsrədən
Bağdada aparmaqdır. Bu axşam hərəkət edəndə külək əsirdi
və gəmi çox sürətlə gedirdi. Birdən Salmanın qəbrinin
yaxınlığına çatanda, gəmi dayandı. Elə bil ki, bir iddə onun
hərəkətinin qarşısını almışdı. Nə qədər çalışsaq da, gəmini
hərəkətə gətirə bilmədik. Bu vaxt sanki kimsə mənə dedi:
Ay bədbəxt, hər dəfə Həzrət Salmanın qəbrinin yanından
keçirsən, amma çoxdandır ki, onu ziyarət etmirsən.
Gəmidən çıxıb, ziyarət üçün bura gəldim və bu işin sirrini
(hikmətini) başa düşmədim. Biz də macəranın nə olduğunu
onun üçün danışdıq. Səhər Seyyid mənə dedi:
Ona yükünü gəmiyə qədər aparmağa kömək edin.
Mən onu gəmiyə qədər ötürdüm. Hamı gəmiyə mindikdən
sonra, gəmi sürətlə hərəkət etməyə başladı. O vaxta qədər
dənizçilər gəminin təmiri ilə məşğul olsalar da, bir iş görə
bilməmişdilər və bu hadisə hamıda heyrət doğurdu.
1
Dostları ilə paylaş: