−Алимләрин кәрамәтләри−



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə23/131
tarix21.01.2022
ölçüsü1,55 Mb.
#113852
1   ...   19   20   21   22   23   24   25   26   ...   131
alim-keramet

«Rəhmət yağışı» 
“Camiun-nureyn”  kitabında  belə  yazılır  ki,  mərhum  Hacı 
İbrahim  Kəlbasinin  zamanında  (vəfatı  1261q.)  bir  il  yağış 
yağmadı.  Mənuçehrxan  Motəmidud-dövlə  Hacının  xidmətinə 
gəlib dedi: 
Camaat  sizdən  təmənna  edir  ki,  yağış  duasına  çıxın.  Hacı 
üzrxahlıq edib dedi: 
Mən qoca adamam, yol getməyə halım yoxdur. Motəmidud-
dövlə ərz etdi: 
Sizin  üçün  rahat  taxt  göndərərəm,  onda  əyləşib  gedərsiniz. 
Hacı dedi: 
Axı  qəsbi  (haram)  taxtla  yağış  duasına  getməyə  nə  ad 
vermək olar? Səncə Allah o duanı qəbul edərmi? Hacının oğlu 
Ağa Məhəmməd Mehdi dedi: 
Evdə taxta var. Biz özümüz sizin üçün taxt düzəldərik. Hacı 
dedi: 
Eybi yoxdur. 
Dülgər  çağırıb  taxtı  hazırladılar.  Sonra  şəhərdə  elan  etdilər 
ki, camaat şənbədən otuc tutmağa başlasın və birinci gün oruc 
halında Hacıyla birlikdə yağış duasına hazır olsunlar. 
Oruc  tutmuş  camaat  təyin  olunmuş  gün  bir  yerə  toplaşıb 
Hacını taxtın üzərində “Təxti-fulad” deyilən yerə gətirdilər. Bir 
tərəfdə İsfahan erməniləri əllərində İncili, digər tərəfdə İsfahan 
yəhudiləri Tövratlarıyla orada hazır oldular. 
Mərhum  Hacı  bir  tərəfdə  ermənilər  və  digər  tərəfdə 
yəhudilərin  düzüldüyünü  görəndə,  çalmasını  açaraq,  əllərini 
səmaya tərəf qaldırıb dedi: 
 
1
 Həmin mənbə. 


 
32 
İlahi,  bu  İbrahim  saqqalını  islam  yolunda  ağartmışdır.  Bu 
gün məni yəhudi və məsihilərin yanında xəcalətli etmə. Birdən 
göyün  üzünü  bulud  aldı  və  elə  həmin  saat  yağış  yağmağa 
başladı. 
1
 

Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin