−Алимләрин кәрамәтләри−


«Qonağın uşağına nəvaziş»



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə26/131
tarix21.01.2022
ölçüsü1,55 Mb.
#113852
1   ...   22   23   24   25   26   27   28   29   ...   131
alim-keramet

«Qonağın uşağına nəvaziş» 
Hacı Seyyid Məhəmməd Həsən Cəzayiri Seyyid Məhəmməd 
Təqi  Təbatəbaidən,  o  da  Kərbəla  əyanlarından  olan  Seyyid 
Cəfər Sabitidən belə nəql edir: 
Bir dəfə uşaq vaxtı atamla birlikdə Kərbəladan Nəcəf-Əşrəfə 
gəldik. Həzrət Əlinin (ə) hərəmini ziyarət etdikdən sonra atam 
dedi: 
İmam  Əli  Murtəzanı  ziyarət  etdik,  indi  isə  gedək  Şeyx 
Murtəzanı da ziyarət edək. 
Atamla  birlikdə  Şeyxin  mənzilinə  getdik.  Qapını  döyəndə 
Molla adlı bir şəxs (xadim) qapını açdı. Həyətdə oturub Şeyxi 
gözlədik.  Molla  Şeyxi çağırandan  sonra  Şeyx  də  gəlib  bizimlə 
əyləşdi. Bir az keçəndən sonra Molla bir sinidə nahar yeməyini 
gətirib qabağımıza qoydu. Nahar bir qab bozbaş, bir neçə dənə 
xurma və 3 tikə çörəkdən ibarət idi. 
Şeyx  çörəyi  doğrayıb  bozbaşın  içinə  tökdükdən  sonra 
yeməyə  başladıq.  Amma  mən  bozbaş  çox  dadsız  olduğuna 
görə bir neçə xurma yeməklə kifayətləndim. 
Nahar  yeməyindən  sonra  Şeyxlə  sağollaşıb  evə  qayıtdıq. 
Yolda atamdan soruşdum: 
Axı o dadsız bozbaşı necə o cür ləzzətlə yeyirdin? Dedi: 
 
1
 Həmin mənbə, səh. 121 


 
35 
Sən  o  yeməyin  təsirini  bilmirsən.  Evə  qayıdanda,  anamdan 
yeməyə bir şey istədim. soruşdu: 
Məgər siz qonaq getməmişdiniz? Dedim: 
Bəli, dilənçi evinə və onların yeməyindən yemədim. 
Səhəri  gün  atamla  hərəmə  getdik.  Təsadüfən  Şeyx  də 
hərəmdə  idi.  Şeyx  ziyarətnaməni  oxuyub  qurtarandan  sonra 
mənim  əlimdən  tutub,  atamla  birlikdə  hərəmdən  çölə  çıxdıq. 
“Qiblə”  qapısının  (hal-hazırda  Şeyxin  məqbərəsi  orada 
yerləşir) yanında mənə dedi: 
Desəyən, dünən dilənçi evindəki yemək xoşuna gəlməmişdi. 
İndi  isə  bunları  götür.  Ovucumun  içinə  iki  lirə  qoyub  getdi. 
Mən  çox  təəccübləndim.  Çünki  bu  sözləri  ancaq  anama 
demişdim  və  bizim  yanımızda  da  başqa  bir  adam  olmamaşdı 
ki, Şeyxə xəbər versin. Elə ondan sonra o dindar fəqihin böyük 
şəxsiyyət olduğu mənə aydın oldu. 
1
 

Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin