41
Bizim karvan orada yüklərini boşaldandan sonra yoldaşlarıma
dedim:
Mən şəhərə gedirəm və bir neçə saatdan sonra qayıdacağam.
Şəhərdə nə işin var və hara gedirsən? − deyə məndən
soruşduqları zaman dedim:
Bu şəhərdə böyük şəxsiyyət və böyük alim var və mən onun
görüşünə (ziyarətinə) gedirəm. Dedilər:
Bizim səfərimiz də ziyarət səfəridir və çox yaxşı olar ki, biz
də bu ruhani alimin ziyarətinə gedək.
Bir neçə nəfər mənimlə yola düşüb Hacı Səbzivarinin
hüzuruna yolandıq. Bir az oturduqdan sonra Hacıdan icazə
istəyib ayağa qalxdıq. Hacı mənə işarə edərək dedi:
Siz hələ qalın. Sizə bir-iki sözüm var. Sonra üzünü mənə
tutub dedi:
Təhsilinizlə məşğul olun və gecələr gördüyün o işləri də tərk
edin. O işlə bir yerə çıxmayacaq və vaxtınızı tələf etməkdən
başqa sizə heç bir faydası olmayacaqdır.
1
Dostları ilə paylaş: