«Çağırışa tez cavab» Əllamə Nuri “Kələmeye Təyyibə” kitabında yazır ki, Nəcəf-
Əşrəf alimlərindən, həmin diyarın alimləri arasında çox
hörmətli və nüfuzlu şəxs və Həzrət Əlinin (ə) hərəmində
pişnamaz olan Seyyid Hüseyn Şüştəri belə deyir:
Seyyid Əli Şüştəri və Şeyx Murtəza Ənsari ilə birlikdə
Kərbəlaya ziyarətə getmişdik. Mən orada həmişə qaldığım evə
getdim. Bu dəfə ev sahibi məndən də kasıb idi və heç nəyi yox
idi. Həzrət Abbasın (ə) ziyarətinə getdim. Ziyarət və
namazdan sonra zərihə yaxınlaşıb ərz elədim:
Ey mövlam, bilirsiniz ki, mən sizin zəvvarınızam və heç
nəyim yoxdur. Sözümü deyib qurtarmamış gördüm ki, zərihin
arasından nə isə tərpənib yanıma düşdü. Həmin şey bir ədəd