43
Məclisdə olanlar Axundun bu sözündən çox təəccüblənirlər
(çünki Seyyid Məhəmməd Səid orada yox idi).
Bu əhvalatdan bir neçə gün keçəndən sonra Seyyid
Məhəmməd Səiddən soruşurlar ki, sən həmin gün harada
idin? O, belə cavab verir:
Qayıqda oturub, Kufədən Kərbəlaya gəlirdim. Bir ərəb kişi
mənim yanımda başını çiynimə qoyub yatmışdı. O, xoruldayır
və ağzının suyu da üstümə tökülürdü. Bununla belə onu
qaldırmağa ürəyim gəlmədi. Kərbəlaya qədər beləcə davam
etdi və mən onu yuxudan qaldırmadım.
Axundun həmin gün Seyyid Məhəmməd Səidi tərifləməsi
buna görə idi.
1
Dostları ilə paylaş: