«Quşun vəzifəsi» Seyyid Əli ibn Hadi Məhəmməd Rza Hüseyni (vəfatı 1300 q.)
qırx il ardıcıl olaraq oruc tutub, “təhzibi nəfs” (öz nəfsilə
mübarizə) ilə məşğul olan böyük şəxsiyyət və çoxlu kəramət
sahibi imiş. Onlardan birini onun nəvəsi Mərhum Seyyid
Hüseyn mir Müştaqi öz anasının dilindən belə nəql elədi:
Ramsər yaylağında hava çox isti idi və Mərhum Seyyid Əli
də oruc tutmuşdu. Evin qabağındakı çeşmədə dəstəmaz
alarkən mənə dedi:
Bu gün körfəz balığı iftar üçün münasibdir. Hələ sözü
ağzında qurtarmamış başımızın üstündə balıq yeyən bir quş
ağzında böyük bir “azad” balığı peyda olub, onu qabağımıza
atdı və balıq hələ də diri idi.
2
1
Məhəmməd Səmami, “Büzürqane Ramsər”, səh. 126
2
Həmin mənbə, səh. 103