−Алимләрин кәрамәтләри−


«Əli (ə) yuxuda, Mirzə isə oyaq»



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə38/131
tarix21.01.2022
ölçüsü1,55 Mb.
#113852
1   ...   34   35   36   37   38   39   40   41   ...   131
alim-keramet

«Əli (ə) yuxuda, Mirzə isə oyaq» 
Ayətullah Hacı Şeyx Əbdunnəbi Nuridən belə nəql olunur: 
Samirra  şəhərində  təhsillə  məşğul  olduğum  və  Ayətullah 
üzma  Mirzə  Məhəmməd  Həsən  Şirazinin  dərslərində  iştirak 
etdiyim  vaxtlar  idi.  Güzəranımı  əhli  sünnədən  olan  şəhər 
dükançılarından  biri  ilə  nisyə  alış-verişlə  keçirir  və  evdən 
göndərilən  pul  gəlib  çatanda  onun  pulunu  qaytarırdım.  Bir 
dəfə  hələ  pul  gəlib  çatmamışdı  və  borcum  da  çox  idi. 
Təsadüfən dükanın qabağından keçəndə məni çağırıb dedi:  
Heç bilirsən borcun nə qədərdir? Dedim:  
Yox. Dükançı dedi:  
Altmış lirə borcun var. Dedim: 
 Eybi  yoxdur,  iki  günə  qaytararam.  Amma  gedəndən  sonra 
fikirləşdim  ki,  axı  iki  günə  mən  bu  məbləği  haradan  tapıb 
ödəyəcəm? Narahat və qəmgin halda evə döndüm. Gecə oldu 
və yatıb yuxuda gördüm ki, Nəcəf-Əşrəfdəyəm. Bir şəxs məni 
çağırıb  dedi:  Əmirəlmöminin  (ə)  səni  görmək  istəyir.  Tələsik 
qalxıb  həzrətin  (ə)  hərəminə  getdim.  Qəribə  burasıdır  ki, 
yuxuda  hərəmə  daxil  olanda  gördüm  ki,  o  həzrət  (ə) 
alicənablıqla  əyləşibdir.  Mən  salam  verdim  və  salamımın 
cavabını  alandan  sonra,  bir  pul  kisəsini  çıxararaq  mənə  verib 
dedi: 
 “Bu altmış lirədir. Götür borcunu qaytar.” 
Sevindiyimdən  nə  edəcəyimi  bilmirdim.  Pul  kisəsini 
götürdükdə o həzrət (ə) yenə də kəramət edərək başqa bir pul 
kisəsini  mənə  verib  dedi:  “Götür,  bu  da  həmin  məbləğ 
qədərdir və güzəranını bununla  yola ver.” Onu da götürəndə 
yuxudan ayıldım.” 
Gördüyüm 
yuxunun 
təbirinin 
necə 
olduğu 
haqda 
fikirləşirdim  ki,  mənzilimin  qapısı  döyüldü.  Çölə  çıxıb, 
Ayətullah  Mücəddid  Şirazinin  evinin  xidmətçisini  qapıda 
gördüm. O dedi:  


 
46 
Dünən  axşam  Ayətullah  Şirazi  sizi  görmək  istəyirdi  və 
mənim işim olduğundan indi sizin dalınızca gəlmişəm. İndi isə 
qalx gedək. 
Ayətullah  Şirazinin  hüzuruna  çatanda  gördüm  ki,  əcəba, 
Həzrət  Əli  (ə)  kimi  əzəmət  və  vüqarla  oturmuşdur!  Salam 
verdim. Salamın cavabını alıb dedi: 
Yaxın gəl. Bir pul kisəsini çıxarıb mənə verərək dedi: 
Get  bu  altmış  lirə  ilə  borcunu  ödə.  Sevincək  pul  kisəsini 
götürəndə, başqa bir pul kisəsini də mənə verib dedi: 
Bu altmış lirə də güzəranını keçirmək üçündür.
1
  

Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin