−Алимләрин кәрамәтләри−



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə4/131
tarix21.01.2022
ölçüsü1,55 Mb.
#113852
1   2   3   4   5   6   7   8   9   ...   131
alim-keramet

«Qeybdən pay» 
Böyük İslam alimlərindən olan Şeyx Bəhayi belə buyurur: 
 
1
 Mirzə Məhəmməd Tonekaboni, “Qisəsul Uləma”, səh. 344 


 

Bir  dəfə  bizim  məntəqəyə  çoxlu  qar  yağmışdı.  Babam  Şeyx 
Şəmsəddinin  evində  uşaqlar  acından  ağlayır  və  yemək 
istəyirdilər. Evdə yeməyə heç nə yox idi. Babam arvadına dedi: 
Uşaqları  sakit  et  ki,  dua  edib  Allahdan  bir  təam  istəyək.  Elə 
bu  zaman  nənəm  qardan  bir  ovuc  götürüb  təndirə 
yaxınlaşaraq dedi: 
İndi  bu  çörəyi  sizin  üçün  bişirəcəyəm.  Əvvəl  təndiri  qaladı. 
Qarı  kündə  formasına  salıb  təndirə  yapışdırdı.  Elə  həmin  an 
babam  dua  edirdi.  Çox  keçməmiş  Allahın  mərhəməti  ilə 
təndirdən isti təzə çörək onlara nəsib oldu.
1
  
«İkinci şəhid» 
Şeyx Bəhayi atasından belə nəql edir: 
Bir gün səhər İkinci Şəhid (ləqəbiylə məşhur olan) Zeynəddin 
ibn  Əli  Amulinin  hüzuruna  getmişdim  (911-966  q.).  Şeyx  çox 
fikirli idi. Elə bil ki, gözlənilməz bir hadisə baş vermişdi. Mən 
ondan niyə fikirli və narahat olduğunu soruşanda belə dedi: 
Ay  qardaş,  elə  güman  edirəm  ikinci  şəhid  mən  olacağam! 
Mən soruşdum: 
Niyə, nə olub ki? Dedi: 
Dünən axşam yuxuda gördüm ki, Seyyid Murtəza çox böyük 
bir qonaqlıq təşkil edərək bütün  şiə alimlərini ora dəvət edib. 
Mən  məclisə  daxil  olduğum  zaman  Seyyid  Murtəza  ayağa 
qalxaraq mənə xoş gəldin deyib buyurdu: 
Filankəs,  buyur  Məhəmməd  ibn  Məkkinin  (Birinci  Şəhid) 
yanında əyləş. Mən də onun yanında əyləşdim. Sonra yuxudan 
oyandım.  Elə  buna  görə  də  zənn  edirəm  ki,  ikinci  şəhid  mən 
olam.
2
  
 
1
 Əllamə
 
Seyyid
 
Məhəməd Baqir Xonsari,
 
“Rövzatül cənnat”,
 
c.2,
 
səh.
 
331 
2
 Həmin mənbə, c. 3, səh. 383 


 


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin