«Təkid etməyin» Bir gün Samirra şəhərinin zəvvarlarından üç fəqir kişi Mirzə
Şirazinin məclisinə gəlib kömək istədilər. Mirzə onlardan
birinə iyirmi qran, digərinə beş qran və üçüncüsünə isə heç nə
vermədi.
İkinci şəxs çox təkid edirdi ki, beş qran artıq alsın və üçüncü
şəxs də öz etirazını bildirdi. O iki nəfər deyirdilər:
Biz hər üçümüz dost və birgəyik. Üçümüzün də yemək-
içməyə ehtiyacımız olduğu halda niyə bizim aramızda fərq
qoyursunuz?
Mirzə dedi:
Sizin öz istəyinizə görə, mən bu işi gördüm (yəni özünüz
istədiniz ki, pulunuz bərabər və eyni olsun). Bundan artıq
rüsvay olmağınıza da təkid etməyin.
Amma onlar yumşaq dillə razılaşmayıb, artıq pul almaq
üçün israr etdilər. Mirzə Şirazi xidmətçilərdən birini çağırıb
əmr etdi ki, onların cibləri və əyin-başlarını axtarsınlar.
Axtarışdan sonra məlum oldu ki, iyirmi qran verdiyi birinci
şəxsin kisəsində beş qran, beş qran verdiyi ikinci şəxsin
kisəsində iyirmi qran və heç nə vermədiyi üçüncü şəxsin
kisəsində isə iyirmi beş qran var imiş.
Buradan məlum oldu ki, Mirzənin onların arasındakı
bərabərlik nəzəri nə imiş.
2
1
Əllamə Şeyx Ağa Büzürg Tehrani, “Mirzə Şirazi” (“Hidayətur-
razi”nin tərcüməsi), səh. 66
2
Həmin mənbə, səh. 67