−Алимләрин кәрамәтләри−



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə47/131
tarix21.01.2022
ölçüsü1,55 Mb.
#113852
1   ...   43   44   45   46   47   48   49   50   ...   131
alim-keramet

«Nurla səfər yoldaşı» 
Şeyx Əbdülkərim Ali Muhyiddin belə hekayət edir:  
Bir gün anam mənə  dedi: Yuxuda gördüm ki, İmam Zaman 
(ə)  sənin  dalınca  adam  göndərib  və  özüylə  Həccə  ziyarətə 
aparır. 
Bir müddət keçdi və mən o yuxunu unutmuşdum. Günlərin 
birində Mirzə dalımca adam göndərdi, mən də getdim. Mirzə 
 
1
 Həmin mənbə, səh. 72 


 
54 
evin astanasında dayanmışdı. Salamlaşıb hal-əhval soruşandan 
sonra dedi:  
Mən  Həccə  getmək  istəyirəm,  sən  də  mənimlə  gəlirsənmi? 
Dedim:  
Bəli.  Mirzə  səfərdə  lazım  olacaq  şeylərin  siyahısını  və  bir 
neçə dirhəm mənə verib dedi: 
Bu şeyləri al və Həcc səfərinə hazırlaş. Lazım olan şeyləri alıb 
işlərimi  səhmana  saldıqdan  sonra  Mirzəylə  birlikdə  Həccə 
müşərrəf olduq. 
Həcc ziyarətindən qayıtdıqdan sonra, anamın gördüyü yuxu 
yadıma  düşdü.  Ondan  sonra  Mirzənin  məqamı  nəzərimdə 
daha da ucaldı. Bunu da deyim ki, mən Mirzənin məclislərinə 
çox get-gəl edirdim. 
Günlərin birində anam yenə də dedi:  
Sənin üçün yaxşı yuxu görmüşəm. Dedim:  
Xeyirdir, inşallah? Dedi:  
Gördüm ki, İmam Zaman (ə) səni çağırıb, özü üçün Nəcəfdə 
bir ev tikməyi tapşırdı. Sən də onun əmrinə itaət edib evi tik. 
Bu  əhvalatın  üstündən  neçə  gün  keçməmişdir  ki,  Mirzə 
dalımca adam gördərdi. Onun hüzuruna getdim. 
Buyurdu:  
Sənə  mühüm  bir  iş  tapşırmaq  istəyirəm  filan  evi  tikmək 
lazımdır.  Mirzənin  tapşırığını  qəbul  edib  Əllamə  Ənsarinin 
evinin  yaxınlığında  binanın  tikintisini  sona  çatdırdım.  İşim 
qurtarandan  sonra  birdən  anamın  yuxusu  yadıma  düşdü. 
Ondan  sonra  Mirzəyə  xalis  xidmət  etmək  arzusu  məndə  neçə 
qat artdı. 
Şeyx  Əbdül  Kərim  dövrünün  təqvalı,  əmanətdar  və  misilsiz 
şəxsiyyətlərindən olmuşdur. Elə buna görə də ustad Mirzənin 
bütün işləri onun öhdəsində idi. 


 
55 
Şeyx  Əbdül  Kərim  onun  sirdaşı,  malı  və  əhli-əyalına 
əmanətdar olmuş və Mirzənin vəfatından sonra bir aydan artıq 
yaşamamışdır.
1
  

Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin