8
bizim məscidlərin binası tez uçulub-dağılır. Amma sizin
məbədlərinizdə isə Allahın razı olduğu və bəyəndiyi bir haqq
kəlməsi asimana ucalmır. Bilin ki, əgər sizin haqqında tərif
etdiyiniz məbədlərdən birində bizim haqq ibadət və məqbul
dualarımızın səsi ərşə ucalsa, görərsiniz ki, ora da Allahın
əzəməti və böyüklüyü qarşısında qorxudan zəlil tək uçub,
dağılacaqdır. Onlar dedilər:
Bunu ancaq imtahan etməklə qəbul edirik. Gördüyünüz o
məbəd, bizim ən qədim və möhkəm kilsələrimizdən biridir.
Get ora, istədiyin hər bir işi gör. Əgər sənin dua və ibadətlərin
nəticəsində binada bir uçuq və ya zədə əmələ gəlsə, sənin
iddian doğru olacaq. Əks təqdirdə isə gərək bizim
dediklərimizin doğru olduğunu təsdiqləyəsən. Mirzə şərti
qəbul etdi.
Dəstəmaz aldıqdan sonra cəddinə (Peyğəmbər (s)) təvəssül
edib Allah-taaladan ona bu işdə yardım etməsini diləyərək
məbədə daxil oldu.
Şəhər əhalisi məbədi dövrəyə almışdı. Mirzə heybət və
vüqarla azan və iqamə deyib, təkbirətul-ehrama hazırlaşdı.
Bütün vucudunu Allaha tapşırıb, Tur dağındakı ağacın Həzrət
Musa (ə) ilə danışıqlarını dilə gətirərək bütün vücuduyla
“Allahu Əkbər!” − dedikdən sonra tez oradan çölə çıxdı. Bir
göz qırpımında həmin böyük bina uçub yerlə-yeksan oldu.
Sanki orada heç əvvəldən bina tikilməmişdi və həmin böyük
məbəddən torpaq yığınından başqa bir əsər qalmadı.
1
Dostları ilə paylaş: