58
(Ayətullah Molla Qurbanəli) hüzuruna gəlib onu yolundan
döndərmək fikri ilə söhbətə başlayır. Axund deyir:
Bizim fiqhimiz (sünnə və ya Əhli-beytin tapşırıqları) mənə
məşrutiyyəti imzalamağa icazə vermir.
Bu sözlərdən sonra o şəxs fiqh və hədislər haqda təhqiramiz
sözlər söyləməklə alimlərin ardınca ağzına gələni deyir. Bu
zaman axund sadə ləhcəsi ilə üzünü həddini aşmış şəxsə tutub
sərt şəkildə (onu heyvanlardan birinə bəndə edərək) deyir:
Qalx, itil burdan ay qanmaz...!
Həmin şəxs axundun evindən çölə çıxıb (axundun evi
Zəncan bazarına yaxın idi) öz dükanına tərəf üz tutur. Amma
yol boyu qəribə vəziyyətlə üzləşir, belə ki, hansı dükanın
qarşısından keçirsə (istər dost, istər düşmən) hamı barmağı ilə
onu bir-birinə göstərərək deyir: “Qanmaz eşşəyə baxın!” Bu
təhqiramiz sözlər qısa bir vaxtda, özü də səbəbsiz, o qədər
təkrar olur ki, həmin şəxs əmin olur ki, bu məsələ adi məsələyə
oxşamır və bu işin axundun ona acıqlanması ilə əlaqəsi var.
Yubanmadan birbaşa axundun yanına qayıdır və bundan bir
az əvvəl dediyi sözlərə görə üzr istəyib istiğfar edir. Axund
təbəssümlə buyurur:
Qayıt daha. Eybi yoxdur. Mən üzr istəyirəm, bir az
əsəbləşdim. Daha keçdi. Sən eşşək deyilsən!
O, bu dəfə bazara qayıtdıqda artıq həmin təhqir və
ələsalmalardan əsər-əlamət görmür.
1
Dostları ilə paylaş: