−Алимләрин кәрамәтләри−



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə53/131
tarix21.01.2022
ölçüsü1,55 Mb.
#113852
1   ...   49   50   51   52   53   54   55   56   ...   131
alim-keramet

«Təntənani halvası» 
Rəhmətlik Şeyx Ağabüzürg Tehrani yazır:  
Seyyid (böyük arif Molla Hüseynqulu Həmədaninin şagirdi) 
Əhməd  Kərbəlayi  çox  vaxt  xəlvətə  çəkilib  namazını  qılar  və 
Camaatın  ona  iqtida  etməsindən  çəkinərdi.  Allahın  xofu  və 
vüsalına  rəğbətdən  daim  ağlar,  belə  ki,  hətta  namazda  göz 
yaşlarını  saxlaya  bilməzdi.  Xüsusilə  də  gecə  nafilələrini 
 
1
 Məhəmməd Səmami, “Büzürqane Ramsər”, səh. 122 
2
 Həmin mənbə, səh. 123 


 
61 
qılanda ixtiyarsız ağlayırdı. Neçə il onunla qonşu olmaq mənə 
nəsib  oldu.  Evlərimiz  yaxın  idi.  Bu  müddətdə  ondan  qəribə 
hadisələr  müşahidə  etdim  ki,  hamısını  qeyd  etməli  olsam  söz 
uzun  çəkər.  Anasına  çox  kömək  edərdi  və  anasından  qabaq 
dünyasını dəyişdi.”
1
  
Ölümündən  sonra    bir  gecə  onu  yuxuda  gördüm.  Onun 
şəhadət barmağından möhkəm tutub dedim: Allahın sənə lütf 
etdiyi  dərəcələrdən  mənə  də  bir  şey  bəyan  elə.  Barmağını  tez 
əlimdən  çəkib,  gülümsünərək  dedi:  “Təntənani  halvası 
yeməsən bilməzsən!”
2
  
Kinayə  ilə  demək  istəyirdi  ki,  bərzəx  aləminin  dərəcə  və 
ləzzətləri dadmalı və görməlidir, deməli yox. 
«Bəsirət gözü» 
Rəhmətlik  Ayətullah  Molla  Məhəmməd  Kaşi  (1249-1333  q.) 
şiə  aləminin  böyük  arif  və  tanınmış  alimlərindən  olmuşdur. 
Şəhid Mütəhhərinin dediyinə görə O, güclü riyazət əhli  idi və 
ondan qeyri-adi işlər zahir olmuşdu.
3
  
Nəql  edilir  ki,  bir  gün  Molla  Məhəmməd  öz  xidmətçisi  ilə 
birgə  getdiyi  halda  birdən,  xidmətçisinə  üzünü  tutub  onu 
danlayır  və  üstünə  acıqlanır.  Mədrəsəyə  qayıtdıqdan  sonra 
xidmətçi onunla olan bu rəftarın səbəbini soruşur. Qəlbi Allah 
sevgisi  ilə  dolub-daşan,  ruhu  mələkut  aləmində  seyr  edən 
Molla Məhəmməd bir anlıq bu sirli əhvalatın üzərindən pərdə 
götürərək deyir: 
Birdən  gözlərim  önündən  pərdə  götürüldü  və  hər  kəsi  öz 
həqiqi  timsalında  gördüm.  Səhnə  o  qədər  fövqəladə  idi  ki, 
özümü itirdim və bir anlıq sözün yüyəni əlimdən çıxdı.
4
  
 
1
 “Nüqəbaül bəşər”, c. 1, səh. 88 
2
 Seyyid Hüseyn Hüseyni Tehrani, “Tövhide elmi və eyni”, səh. 20 
3
 “Xədamate mütəqabile İslam və İran”, səh. 611 
4
 “Məcəlleye Nure elm”, № 48, səh. 56 


 
62 
Əllamə Həsənzadə Amuli “bəsirət gözü” barədə deyir: Əməli 
irfanda insan elə bir yerə çatır ki, onun bərzəx gözü açılır, yəni 
insanları  onların  ruhi  aləmlərinə  müvafiq  şəkildə  görür... 
Böyük  şəxsiyyətlər,  haqq  övliyalarına  qiyamət  bu  dünyada 
zühur etmişdir...  Əsas odur ki, bəndənin bərzəx gözü görsün. 
Əgər  mənim  bəsirətim  görmürsə,  gözüm  kimi  o  da  müalicə 
olunmalıdır... 
Əməllərin  təcəssümü  və  məxluqatın  öz  ruhi  aləmlərinə 
uyğun  həşrinə  dair  Qurani  Kərimdə,  təfsirlərdə,  əhli-beytdən 
nəql  olunan  rəvayətlərdə  və  əqli-irfani  kitablarda  nə  qədər 
desən,  sübut  var.  Xülasə,  böyük  arif  Cəlaləddin  Ruminin 
nəzmə çəkdiyi bu neçə beyt həmin mənaya  işarə edir: 
Ey Yusiflər libasın yırtan insan  
Ağır yuxudan, qurd tək qalxarsan, inan. 
Qurdlara dönmüşdür pis xislətlərin 
Qəzəblə yırtırlar bil, tikələrin. 
İlan, əqrəb tək zəhərli sözlərin 
İlan, əqrəb tək yapışar ətəyin. 
Hansı xislət tutsa sənin vücudun 
Həşrə vacib olar həmin timsalın.
1
  

Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin