−Алимләрин кәрамәтләри−



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə57/131
tarix21.01.2022
ölçüsü1,55 Mb.
#113852
1   ...   53   54   55   56   57   58   59   60   ...   131
alim-keramet

«Fitnədən xəbər» 
Ağa Rəzəvi buyurur:  
Rəhmətlik  Bidabadi  Şirazda  qaldığı  vaxtlar  “məşrutə”nin 
qızğın  çağlarına  təsadüf  edirdi.  O  zaman  camaat  arasında 
ikitirəlik yaranmışdı; bəziləri məşrutəni dəstəkləyir, bəziləri də 
istibdadın  qalmasını  istəyirdi.  Bidabadi  münaqişəli  tərəflər 
arasında sülh yaratmaq, təfriqə və fəsadın qarşısını almağa çox 
ciddi yanaşırdı. O,  bu hadisələrdə də ixtilafı aradan qaldırmaq 
üçün  çox  çalışdı,  hətta  şəxsən  məşrutə  tərəfdarlarından  olan 
əllamə  Məhəmməd  Baqir  İstehbanatinin  evinə  gedib  bu 
məsələni  yoluna  qoymaq  üçün  nə  qədər  səy  etsə  də  faydası 
olmadı. 
Bu  hadisədən  sonra  gözlənilmədən  Şirazı  tərk  etmək  üçün 
səfərə hazırlaşdı. Biz nə qədər ondan qalmasını israr etsək də, 
razı olmayıb, dedi: 
Tezliklə  bu  şəhərdə  fitnə  alovu  baş  qaldıracaq  və  bu  fitnə 
atəşində çoxlu qanlar töküləcək, evlər yıxılacaqdır. 
O,  yola  çıxarkən  neçə  nəfər  yaxın  adamlardan,    o  cümlədən 
Dəllal  ləqəbi  ilə  məşhur  olan  Seyyid  Abbas  və  Mirzə 
Məhəmməd Mehdi Həsənpur (hər ikisi “Came” məscidinə get-
gəl edirdi) ona qoşulurlar. O iki nəfərin dediyinə görə “Ərjən” 
çölünə çatanda Bidabadi bizə dedi:  
 
1
 Şəhid Dəstğeyb, “Dastanhaye şegeft”, səh. 31 


 
66 
Artıq  Şirazda  fitnə  atəşi  şölələnmişdir.  Şeyx  Məhəmməd 
Baqir İstehbanati və bir çoxları öldürülmüşdür, evdə ailələriniz 
çox nigarandır, gərək qayıdasınız. 
Bu  xəbərdən  sonra  biz  ikimiz  və  başqa  neçə  nəfər  Şiraza 
qayıtdıq  və  o  böyük  şəxsin  sözlərinin  doğruluğunun  şahidi 
olduq.
1
  

Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin