−Алимләрин кәрамәтләри−


«İmam Zamanın (ə) hüzurunda “Camiə” ziyarətnaməsi»



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə6/131
tarix21.01.2022
ölçüsü1,55 Mb.
#113852
1   2   3   4   5   6   7   8   9   ...   131
alim-keramet

«İmam Zamanın (ə) hüzurunda “Camiə” ziyarətnaməsi» 
Böyük  islam  alimi  və  mərifət  əhli  olan  mərhum  birinci 
Əllamə Məclisi belə buyurur: 
Nəcəf-Əşrəfdə  Həzrət  Əlinin  (ə)  hərəminin  kənarında  sakin 
olduğum  vaxt  öz  nəfsimlə  cihad  edir  və  mübarizə  ararırdım. 
 
1
 Həmin mənbə, c. 2, səh. 344 


 

Nəhayət  Allah-taala  Həzrət  Əlinin  (ə)  bərəkətilə  mükaşifə 
qapılarını  üzümə  açdı.  Bəzi  dar  düşüncəlilərin  bu  həqiqəti 
düzgün  dərk  edə  bilməyəcəkləri  üçün,  onu  nəql  etməkdən 
pəhriz  edirəm.  Amma  bir  gecə  mükaşifələrimin  birində 
Samirra  şəhərində  İmam  Hadi  (ə)  ilə  İmam  Həsən  Əsgərinin 
(ə)  hərəmini  son  dərəcə  əzəmət  və  gözəllik  içində  gördüm.  O 
iki imamın qəbrinin üstünə behiştin yaşıl rəngli parçalarından 
örtülmüşdü  ki,  mən  heç  vaxt  onun  mislini  görməmişdim. 
Həzrət  Sahibəzzaman  (ə)  arxası  qəbrə  və  üzü  qapıya  tərəf 
əyləşmişdi. 
O  həzrəti  gördüyüm  zaman  uzaqda  durub  “Camiə” 
ziyarətnaməsini  məddahlar  kimi,  uca  səslə  axıradək  oxudum. 
İmam ziyarət bitəndən sonra dedi: 
Yaxşı  ziyarətnamədir.  Mən,  İmam  Hadinin  (ə)  qəbrinə  işarə 
edərək dedim: 
Ağa,  cəddinizi  ziyarət  etməyə  izin  verirsinizmi?  İmam 
buyurdu: 
Bəli, gəl içəri. Hərəmə daxil olub qapının kənarında durdum. 
Buyurdu: 
Yaxın gəl. Dedim: 
Ağa, qorxuram sizin hüzurunuzda ədəb qaydalarına düzgün 
riayət edə bilməyib küfrə batam. İmam buyurdu: 
Əgər bizim icazəmizlə olsa, eybi yoxdur. Mən bir az qabağa 
getdim, amma qorxudan bədənim əsirdi. Yenə buyurdu: 
Yaxın  gəl,  yaxın  gəl.  Mən  asta-asta  gedib  İmama 
yaxınlaşdım. Dedi: 
Otur. Dedim: 
Ağa,  qorxuram. Dedi: 
Qorxma, hər halda mən də zəlil bir bəndə kimi cəlil Allahın 
qarşısında oturmuşam. İmam buyurdu: 
Piyada və ayaqyalın yol gəlmisən, yorğunsan. Rahat əyləş və 
istirahət et. İmam (ə) mənim üçün saysız-hesabsız dəqiq, elmi 
mətləblər açıqladı ki, onların çoxu yadımdan çıxıb. 


 
10 
Mükaşifə halından adi hala qayıdandan sonra mövlam İmam 
Zamanın  (ə)  dediyi  kimi  piyada  və  ayaqyalın  İmam  Hadi  (ə) 
və  İmam  Həsən  Əsgərinin  (ə)  ziyarətinə  gedib  o  hərəmdə 
yenidən  “Cameə”  ziyarətnaməsini  oxumağı  qərara  aldım. 
Hərəmdə  olduğum  vaxt  daha  heyrətli  kəramət  və  möcüzələri 
müşahidə  etdim  ki,  əgər  onlar  haqqında  danışsam  çox  uzun 
çəkər. 
Bütün  olub-keçənlərdən  sonra  bu  ziyarətnamənin  (duanın) 
İmam  Hadiyə  (ə)  mənsub  olduğunu  yəqin  etdim.  Həmçinin 
İmam  Zamanın  (ə)  bu  ziyarətnamə  (dua)  haqqında  söylədiyi 
bəyanından  sonra  başa  düşdüm  ki,  o  mühüm  və  kamil 
ziyarətnamələrdən biridir. 
1
 

Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin